Kemal Sunalın əsl ölüm səbəbi açıqlandı - Arvadından da gizlədibmiş...

Kemal Sunalın əsl ölüm səbəbi açıqlandı - Arvadından da gizlədibmiş...
Rejissor Ali Özgentürk son müsahibəsində aktyor Kemal Sunalın ölümü ilə bağlı maraqlı nüans açıqlayıb.

Sfera.az
axşam.az-a istinadən bildirir ki, 17 il əvvəl iyulun 3-də dünyasını dəyişən aktyorun ölüm səbəbi başqa imiş. Rejissor "Balalayka" filminin çəkilişləri üçün Kemak Sunalla birgə Batumiyə gedirmiş. İllər əvvəl heç vaxt təyyarəyə minməyən aktyorun həmin gün qorxudan ürəyinin partladığı iddia edilmişdi. Lakin həqiqət başqa cür imiş.

A.Özgentürk Kemal Sunalın oğlu Alinin də onlarla olduğunu bildirib:

"Təyyarədən qorxurdu. Mən dedim, maşınla gedək. Əvvəl razı oldu. Sonra "Çox yorularıq" dedi. Sürücü götürmək təklif edəndə isə "Başqasının sürdüyü avtomobildən qorxuram" deyərək etiraz etdi. Nəhayət, "Sən təyyarədə yanımda otursan, gedərik" dedi. O biri yanında da oğlu Ali oturmuşdu. Dünyasını dəyişdiyi an bir yerdə idik, təyyarə heç qalxmamışdı.

Zarafatlar edirdik. Təyyarədəki monitorda da təhlükəsizlik tədbirləri haqqında danışılırdı. Təyyarə yavaşca irəliləməyə başlayanda söhbət kəsildi. Kemalın qorxduğuna dair heç bir şey yox idi. Onsuz da, qorxmurdu. Birdən başı çiynimə düşdü. Ali də oturduğu yerdən qalxdı. Mən "Həkim yoxdur?" deyə qışqırdım. Sonra huşumu itirmişəm, heç nə xatırlamıram.

Sonradan öyrəndik ki, həyat yoldaşından da gizlətdiyi bir şey var imiş. Yay aylarında avtomobillə Almaniyaya gedərmiş. Heç kim bilməsin deyə alman bir həkimə hər il ürəyini müayinə etdirirmiş. Ürəyində problem varmış, amma nə olduğunu bilmədim".

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....