Fəzail Ağamalı üzləşdiyi təxribatla bağlı güc strukturlarına və MSK-ya müraciət etdi - SƏNƏD+VİDEO

Fəzail Ağamalı üzləşdiyi təxribatla bağlı güc strukturlarına və MSK-ya müraciət etdi - SƏNƏD+VİDEO
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu gün ona qarşı həyata keçirilən təxribatla bağlı hüquq-mühafizə orqanlarına və Mərkəz Seçki Komissiyasına müraciət ünvanlayıb.
 

Sfera.az-a daxil olan məlumata görə, artıq bununla bağlı müvafiq prosedurlar tamamlanır. Xatırladaq ki, 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı gözlənilmədən öyrədilmiş adamların hücumuna məruz qalıb. Digər namizəd Kamil Musəvi ilə aralarında baş verən qarşıdurma sonda böyük təxribata çevrilib.

 

Partiya sədrinin özü baş verənləri belə dəyərləndirib:

"Bu gün saat 11-də 60 saylı Salyan-Neftçala seçki dairəsində seçicilərimlə görüş keçirərkən, görüşün sonuna yaxın deputatlığa namizəd Kamil Musəvinin ayrı-ayrı rayonlardan gətirdiyi və eyni zamanda, sərxoş və nəşəli halda olan 25-30 nəfərlik bir qrup mənə hücum çəkdilər, məni təxribata cəlb etməyə çalışdırlar. 

Eyni zamanda, Kamil Musəvi səsini qaldıraraq, nalayiq sözlərlə fikirlərini ifadə edərək, müxtəlif bəhanələrlə öz tərəfdarlarını mənim üzərimə qızışdırdı. Təbii ki, mənim yanımda olan seçicilərim ona imkan vermədilər. Çox çətinliklə son dərəcə aqressiv kütlənin içindən çıxmağa çalışdım. Məni maşına oturtdular. Maşında oturan zaman da onlar hücum etdilər. Maşına da kifayət qədər xəsarət yetiriblər. 

Eyni zamanda, mənim tərəfdarlarımın üzərinə hücuma keçdilər. Bir nəfər qadın Salyan rayon xəstəxanasındadır. Ağır vəziyyətdə ora düşüb. Tərəfdarlarımdan ağır xəsarət alanlar da var. Beləliklə, onlar təşkil olunmuş şəkildə mənə təxribat törətməyə çalışdırlar. Təbii ki, mən bu təxribata getmədim. Lakin onlar sözün həqiqi mənasında ciddi cinayətə yol veriblər. 

Mənim hüquqlarım tapdanıb. Hazırda millət vəkili kimi və deputatlığa namizəd kimi toxunulmazlığım var. Onlar buna məhəl qoymadan mənə hücum etdilər. Mənim əgər orada tərəfdarlarım olmasaydı, mənə xəsarət yetirəcəkdilər. Xəsarət yetirilənlər isə mənim tərəfdarlarım oldu. Onlara təpiklər, yumruqlar, daşlar vuruldu. Ağlı başında olmayan, kefli, hallanmış, narkotika qəbul etmiş 25-30 nəfər şəxs bizə hücum çəkdi. Azərbaycan hüquqi dövlətdir, burada hüququn aliliyi əsas götürüləcək. Hər hansı demokratik ad altında qanunları poza-poza gələn, digər namizədin üzərinə hücum edən Kamil Musəvi haqqında Azərbaycan qanunları çərçivəsində ciddi tədbir görüləcək. 

Hər-halda mən bunu bütün hüquq-mühafizə orqanlarından, bütün prosesə nəzarət edən Məzahir Pənahovdan gözləyirəm”. 

F. Ağamalı deyib ki, bu hadisədə Azərbaycan cinayət məcəlləsinin 126, 126.1, 126.2, 126.2.4, 185, 186, 186.1 maddələri ilə ona qarşı cinayət aktı törədilib. 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...