Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun ölüm səbəbi bəlli oldu - "Xilasedicilər dəhşətə gəldilər"

Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun ölüm səbəbi bəlli oldu -
 Bir neçə gün öncə Zaqatalanın Katex çayında batan 1991-ci il təvəllüdlü Ədilxan Nuriyevin ölüm səbəbi bəlli olub. 
 
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, gənc fotoqraf olan Ə.Nuriyev şəlalə adlanan ərazidə model xanımlardan birinin fotosessiyasını edirmiş. Model qızın şəkillərini çəkən Ə.Nuriyev daha sonra üzmək üçün suya girib. Bu zaman o suyun təzyiqindən qızın gözlərinin önündə boğulub. 
 
Məlumata görə xanım model heç kimdən kömək ala bilmədiyi üçün bir gecə meşədə gecələmək məcburiyyətində qalıb. Bir gün sonra isə xilasedicilər hadisə yerinə gəliblər. Onlar mərhumun nəşini sudan çıxartmaq üçün bir neçə dəfə suya girsələr də, bu cəhdləri nəticəsiz qalıb. Yalnız bir neçə saat sonra meyiti quruya çıxartmaq mümkün olub. 
 
Hadisədən sonra dövlət qoruğu hesab olunan şəlalə vətəndaşların ziyarətinə qapadılıb. Artıq bir neçə gündür ki, əraziyə heç kim buraxılmır. 
 
Qeyd edək ki,  Ədilxan Nuriyev fəaliyyəti dayandırılmış "Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur. 
 
Allah rəhmət eləsin!
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...