Keçmiş prokurorun oğlunun “patı” satarkən yaxalanması iddiası ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Keçmiş prokurorun oğlunun “patı” satarkən yaxalanması iddiası ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA
Baş Prokurorluq Qubadakı hadisə ilə bağlı rəsmi açıqlama yayıb.

Qurumun Mətbuat xidmətindən Sfera.az-a daxil olan məlumatda deyilir:

"Bəzi kütləvi informasiya vasitələrində Quba rayonunun keçmiş prokuroru Rafiq Abbasovun oğlunin narkotik vasitələrin satışını həyata keçirən zaman saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib hadisə yerindən qaçması barədə məlumatlar dərc edilib.

Bununla bağlı qeyd edirik ki, Quba Rayon Prokurorluğunda Rafiq Abbasov adlı şəxs prokuror və ya hər-hansı digər vəzifədə işləməyib.

Bu cür dəqiqləşdirilməmiş məlumatların yayılmasını təəsüf hissi ilə qeyd etməklə, gələcəkdə qeyri-dəqiq informasiyanın ictimailəşdirilməsinin yol verilməzliyi kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılır".

OXŞAR XƏBƏRLƏR