Keçmiş nazir deputat seçdirir - FOTO
Sfera.az xəbər verir ki, Anar Məmmədov 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizəd göstərilib. Onun namizədliyini Yeni Azərbaycan Partiyası irəli sürüb.
Araşdırmalardan bəlli olub ki, Anar Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədova yaxın adamdır. Onun qaynatası Qulam Ələkbərov Ziya Məmmədovun "sağ əli” sayılıb. Keçmiş naziri qeyri-rəsmi kuratorluq etdiyi Quba, Göyçay rayonlarında, Mingəçevir şəhərində dövlət tenderlərini müntzəm olaraq həmişə "udub” və həmin rayonlara icra başçılarını da o, təyin etdirib. Anar İlyaz oğlu Məmmədovun namizədliyini hazırda dəstəkləyənlərdən biri də ölkənin nəqliyyat sistemində böyük vəzifə tutan dövlət məmurlarından biridir.
96 SAYLI GORANBOY-NAFTALAN SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
Soyadı, adı, atasının adı | Doğum tarixi | Əsas iş və xidmət yeri, vəzifəsi(bu olmadıqda fəaliyyət növü) | Partiya mənsubiyyəti | Tərəfindən irəli sürülmə |
ƏHMƏDOV İLHAM TAHİR | 06.12.1979 | SAHİBKAR | MDHP | MDHP |
ƏHMƏDOV NƏSİRULLAH ŞƏMİL | 28.08.1961 | TƏQAÜDÇÜ | Bitərəf | Öz təşəbbüsü |
HƏZQULUYEV ƏLİ SƏVİNDİK | 01.11.1968 | BÜTÖV AZƏRBAYCAN XALQ CƏBHƏSİ PARTİYASI İDARƏ HEYƏTİNİN ÜZVÜ | BAXCP | BAXCP |
İBRAHİMOV İLKİN AKİF | 26.04.1974 | GORANBOY RAYON SUBARTEZİAN QUYULARI İSTİSMARI İDARƏSİ, FƏHLƏ | Bitərəf | Öz təşəbbüsü |
İSMAYILOV RUFİK AFİS | 25.06.1982 | KASPİ QƏZETİ, MÜXBİR | Bitərəf | Öz təşəbbüsü |
MƏMMƏDOV ANAR İLYAZ | 21.06.1984 | AZƏRBAYCAN AVTOMOBİL YOLLARI DÖVLƏT AGENTLİYİ, ŞÖBƏ RƏİSİ | YAP | YAP |
MƏMMƏDOVA SƏİDƏ MƏMMƏD | 24.05.1959 | GORANBOY ŞƏHƏR 1 NÖMRƏLİ TAM ORTA MƏKTƏB, DİREKTOR | Bitərəf | Öz təşəbbüsü |
RÜSTƏMOV EMİN SULİDDİN | 21.04.1989 | İŞSİZ | Bitərəf | Öz təşəbbüsü |
VERDİYEV İMAMVERDİ SƏMƏD | 25.08.1954 | ÜMİD PARTİYASI, GORANBOY RAYON ŞÖBƏSİNİN SƏDRİ | ÜMİD | ÜMİD |
XXX YUSİF NAMAZOĞLU | 20.02.1960 | PENSİYAÇI | MÜSAVAT | Öz təşəbb |