Cəmİyyət
Gündəm

Keçmiş MTN zabiti Elmar Vəliyevin güllələnmə SƏBƏBİNİ AÇIQLADI

Keçmiş MTN zabiti Elmar Vəliyevin güllələnmə SƏBƏBİNİ AÇIQLADI
Məlum olduğu kimi ötən gün Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisinə qarşı silahlı hücum edilib.

Sfera.az Minval.info-ya istinadən xəbər verir ki, son məlumatlara görə, onların hər ikisi yaralıdr və xəstəxanada müalicə alırlar. Baş vermiş hadisə ölkədə geniş səs-küyə səbəb olub.

E.Vəliyevin gülləyə tuş gəlməsi ilə bağlı müxtəlif iddialar irəli sürülüb. Məsələ ilə bağlı danışan keçmiş MTN zabiti, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl maraqlı açıqlamalar verib.

Ekspert bildirib ki, hadisənin arxasında xüsusi nəsə axtarmağa ehtiyac yoxdur, Elmar Vəliyevin davranışları bu hadisəyə yol açıb: 

"Çıxıb  küçədə sorğu keçirsəniz və sual versəniz ki, "Azərbaycanda sui-qəsd edilə biləcək 5 icra başçısı kimdir?” sizə birinci Elmar Vəliyevin adını çəkərlər. Elmar Vəliyev söyüşlə danışan, camaatı təhqir edən biridir. Ona qarşı münasibət buna görə yaxşı deyil. Belə hərəkətlərin biri gün cavabı olur. Biri sözlə, biri silahla cavab verir. Elmar Vəliyevə də cavab silahla oldu. Onu etdiyi təhqirlərə görə güllələyiblər. Elmar Vəliyevi etdiyi hərəkətlərə görə ölümlə çox təhdid ediblər. Bu şəxs də onu daha öncə təhdid edib və bu da nəticəsidir ”.
AdRiver

XƏBƏR LENTİ