Keçmiş hərbiçi milyonçunun zibilləri ilə yaşayır- Foto
17:04 / 09.04.2019
3356
Amerikalı keçmiş hərbiçi Mark Zukenberqin zibilləriylə dolanır.
Hərbi Hava Qüvvələrinin keçmiş zabiti Orta Ceyk "Facebook” sosial şəbəkəsinin qurucusu və sahibi Mark Zukenberin zibilləridən tapdığı əşyaları sataraq gündəlik 40 dollar, həftədə isə ən azı 300 dollar qazanır.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Zukenberin San Fransiskodakı 10 milyonluq villasının yaxınlığında yaşayan Ceyk zibillikdən tapdığı əşyaları qarajında toplayır.
Əşyaların arasında tozsoran, fen, qəhvə aparatı, i-Pod və "Facebook”un qurucusunun köhnə paltarları var. 12 uşaqlı ailədə doğulan Orta ordudan təxris olunduqdan sonra arvadı tərəfindən tərk edilib. Daha sonra evindən də məhrum olub. Son çarəni Zukenberin zibillərini toplayıb satmaqda görən keçmiş hərbiçinin sözlərinə görə zibilə atılan əşyalar elə vəziyyətdədir ki, insanların onları niyə atdıqları məni təəccüblənirəm.
Qeyd edək ki, Orta Ceyk son iki il ərzində məhz bu zibillikdən dolanır.