Keçəlləşmənin qarşısını necə almaq olar?

Keçəlləşmənin qarşısını necə almaq olar?
"Müasir dövrün gətirdiyi xəstəliklərdən biri də saç tökülməsidir.
 
Bunları isə iki qrupa bölmək olar. Ocaqlı, androgenetik, telogen və anagen  alopesiyalar. Ocaqlı dazlıq gen mutasiyası nəticəsində baş verir. Ona görə də bu qəflətən baş qaldırır. İkincisi isə saçın seyrəkləşməsidir ki, bu da adətən qadınlarda doğuşdan sonra daha çox rast gəlinir".

Bunu həkim Zakir Abıyev deyib: "Amma bu yenidən bərpa olunan hallardır. Amma dazlaşmada bərpa olunmur. Çünki burda gen mutasiyası vacib faktordur. Bu da yenidən saçların bərpasına çətinlik törədir. Müalicə problemi yaradır. Ona görə də hər ikisinə ayrı-ayrı yanaşma olmalıdır. İnsan saçlarına qulluğa diqqətlə yanaşmalıdır. Yuyucu məhsullardan istifadəyə diqqət olunmalıdır. Hansı havada  papaqdan istifadə etmək lazım olduğunu bilməlidir".

Saçlar soyuğu heç sevmir, şaxtalı havada mütləq başı bağlamaq, papaq qoymaq gərəkdir. Düzgün daraq seçimi də bura aid edilir. İri dişli, taxta daraqlar daha keyfiyyətli sayılır. Saçlara qulluqda əsas diqqət yetiriləsi məsələ düzgün yuyucu vasitələrinin seçilməsidir. Şampun baş dərisinin yağlı və ya quruluğuna görə, balzam isə saçın uclarının xüsusiyyətinə uyğun seçilməlidir. Şampun ovucun içində su ilə qarışdırılaraq baş dərisinə bərabər şəkildə paylanılmalı, balzam isə saçların ucuna vurulmalıdır.

"Saçların seyrəlməsində ekologiya da böyük rol oynayır. Bundan başqa gen mutasiyasında saçların qəflətən tökülməsi sinir mənşəli problemlərdən, fiziki, kimyəvi, mexaniki , bioloji faktorların təsirindən də əmələ gəlir. Bundan əlavə ekoloji amillər deyəndə, küləkli və şaxtalı havaları nəzərdə tuturuq. Küləkli havalarda xüsusi ilə başıaçıq gəzmək məsləhət deyil. Çünki küləklə bərabər onun tərkibində olan toz dəriyə pis təsir göstərir. Soyuq hava saç diblərinə mənfi təsir edir, damar daralmasına gətirib çıxarır. Damar daralması isə qidalanmanın bir növ qarşısını alır".

Zakir Abıyevin sözlərinə görə, kişilərin 60, qadınların isə 37 faizi bu və ya başqa formalarda saç tökülməsindən əziyyət çəkir. Ancaq onların cəmi 3 faizi mütəxəssisə müraciət edərək, saç tökülməsinin müalicəsi ilə məşğul olur. Qalan 97 faiz isə ya fikirləşir ki, bu problem həll olunan deyil, ya da müalicəyə cəhd edib, amma ilk seansdan effekt görmədiklərinə görə davam etdirmirlər. Amma bu, yanlış yanaşmadır. Problemin aradan qaldırılmasına gəlincə ....

"Birinci növbədə qidalanmaya ciddi fikir vermək lazımdır. Saçlara qulluq, onları vaxtlı-vaxtında yumaq, fendən  yalnız nadir hallarda istifadə etmək lazımdır. Çünki fen dəri dibinin təbii nəmliyinin  rütubətini əlindən alır. Nəmliyindən məhrum edilən dərinin qidalanması pozulur. Bu da zamanla neqativ nəticələrə gətirib çıxarır. Saç boyalarından istifadə də saçların tökülməsi ilə nəticələnir. Mən öz növbəmdə deyə bilərəm ki, kimyəvi tərkibli boyalardan qaçmaq lazımdır. Bir az təbii indeferent boyalardan, yəni qalıcılıq qabiliyyəti az olan boyalardan istifadə etmək məsləhətlidir. Uzun müddət rəngini saxlayan boyaların ziyanı da çox olur".

Bu gün xanımlarım əksəriyyəti arıqlamaq məqsədi ilə müxtəlif pəhriz vasitələrinə əməl edir, çörək və un məmulatlarını qida rasionundan çıxarırlar. Bunun özü də orqanizmdə ciddi fəsadlara, həmçinin saçların seyrəkləşməsinə gətirib çıxarır. Qida rasionunda gündə 2 dilim çörəyin qəbulu vacibdir. Zakir Abıyev bildirib ki, dəmir baxımından zəngin olan yaşıl yarpaqlı tərəvəzlər dəmir əskikliyinə bağlı saç tökülməsini dayandıra bilər. Portağal, qreyfurt, qarpız, çiyələk başda olmaqla, C vitamini ehtiva edən meyvələr saçlarınızın daha sağlam olmasını təmin edir. Bundan başqa qoz, balqabaq tumu da omeqa 6 yağ turşuları, protein, sink və dəmir baxımından zəngindir və bütün bu minerallar saç sağlamlığını qorumağa kömək  edir. Hər gün bir ovuc balqabaq tumu yeyərək daha sağlam saçlara sahib ola bilərsiniz. Saçların normal uzanma dövrünün qorunmasında E vitamini, efir yağı turşuları və kükürd ehtiva edən çərəzlər olduqca təsirlidir. Mütəxəssis saçlarınız müəyyən bir səbəb olmadan tökülməyə başlayıbsa, başqa bir xəstəliyin əlaməti ola biləcəyi üçün həkimə müraciət edilməsini tövsiyə edir.

Saglamolun.az



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...