Köçəryandan etiraf: \"Minsk qrupunun təklifləri Ermənistan üçün xoş olmayacaq”

Köçəryandan etiraf: \
Ermənistanda konstitusion quruluşu devirməkdə ittiham olunaraq haqqında iki ay həbs qətimkan tədbiri seçilən eks-prezident Robert Koçaryan "168 saat” qəzetinə müsahibə verib. O bildirib ki, baş nazir Nikol Paşinyan qondarma Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müxtəlif bəhanələrlə maskalanıb, lakin buna baxmayaraq, danışıqlar gedir. 

"Burada şübhə doğuran məqam danışıqların getməsi faktı yox, baş nazirin onlardan uzaqlaşmaq üçün göstərdiyi səylərdir. Cəmiyyətə hakimiyyətin Qarabağ məsələsi ilə bağlı mövqeyi məlum deyil, çünki bu mövqe indiyədək hələ də səslənməyib və məhz bu da narahatlıq doğurur. Mövqe formalaşdırmadan axı necə uğurlu danışıqlar aparmaq olar? Qarabağ münaqişəsində bir sıra əsas müddəalar mövcuddur ki, bunlardan biri səlahiyyətli şəxslərin danışıqlar başlamazdan əvvəl dəqiq yanaşmalarını ortaya qoymalarıdır”.

R. Koçaryan Azərbaycan prezidenti İlham Əliyevin Paşinyanı asanlıqla məğlub etdiyini etiraf edib:


"Düşənbədəki lift danışıqları təmas xəttində etimad tədbirlərinin gücləndirilməsi ilə bağlı bizim üçün əlverişli olan Vyana və Sankt-Peterburq razılaşmalarını faktiki torpağa basdırdı. Bu razılaşmalar 100-dən çox əsgərimizi itirdiyimiz aprel döyüşlərindən sonra bizim zəmanətimiz idi. Baş nazirin bu cür davranışlarının bacarıqsızlıq, yaxud bilərəkdən etdiyi seçim olmasının mahiyyəti yoxdur. Hər iki halda bu, böyük səhvdir.

Ermənistan tərəfi bu davranışı ilə güzəştlərə hazır olması planında həm Azərbaycanda, həm də vasitəçilərdə yüksək gözləntilər yaratdı. Və buna görə də düşünürəm ki, Minsk qrupunun bu yöndə növbəti təklifləri Ermənistan üçün heç də xoş olmayacaq”. 


OXŞAR XƏBƏRLƏR

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....

Hakimin sinif yoldaşı olduğunu görüb göz yaşlarına boğulan məhbus - VİDEO

2015-ci ildə Artur But adlı şəxs oğurluqda ittiham olunaraq hakim qarşısına çıxıb. Hakimin orta məktəbdə sinif yoldaşı Mindi Qleyzer olduğunu anlayanda göz yaşl...