Karl Marksın məzarına ikinci hücum - FOTOLAR

Karl Marksın məzarına ikinci hücum - FOTOLAR
Kommunizmin ideoloqu Karl Marksın Londondakı məzarına iki həftə ərzində ikinci dəfə hücum olub.
 
Sfera.az türk mediasına istinadən xəbər verir ki, Londonun şimalındak Hayqeytdəki qəbirüstü abidəsinə naməlum şəxslər qırmızı boyalarla "Nifrət yaradıcısı”, "Soyqırımın, terrorun, zülmün və kütləvi qətliamların memarı” yazılıb.
 
Xatırladaq ki, bundan əvvəlki hücum fevralın dördü olmuşdu. Məzarın mərmər lövhəsinə çəkiclə zərbələr vurulmuşdu. K.Marksın 1883-cü ildə dəfn edildiyi qəbir 1956-cı ildə 50 metr başqa yerə daşınmışdı. Soyuq müharibənin qızğın vaxtı Britaniya hökumətinin bu addımı qızğı müzakirələrə səbəb olmuşdu. 1970-ci ildə məzara boru tipli bomba hücumu da olmuşdu.
 
 
Qeyd edək ki, Marks Hayqeyt qəbirstanlığında ateist və aqnostiklər üçün ayrılan yerdə basdırılmışdı.

OXŞAR XƏBƏRLƏR