Kardioloq: “Dərmansız cinsi həyat orqanizm üçün faydalıdır”

Kardioloq: “Dərmansız cinsi həyat orqanizm üçün faydalıdır”
Nurlana xanım, son zamanlarda bir çox insanlar cinsi həyat yaşamazdan öncə şəhvət artıran müxtəlif dərman preparatları, o cümlədən enerji içkilər qəbul edirlər. Bu, nə dərəcədə düzgünüdür?

- İndi insanların bir çox öz hislərinin "qurban”ı olur. Həm ehtiras artıran dərmanlar, həm də enerji içkilərindən istifadə etmək böyük fəsadlara gətirib çıxardır. Hətta ölümlə də nəticələnə bilər ki, son zamanlarda belə ölüm hallarına tez-tez rast gəlirik. 

- Hansı yaş qrupuna aid olan insalara bu dərmanları qəbul edilməsi qadağandır?

- Yaş faktoru da önəmlidir. Amma ümumiyyətlə, xəstəliklər cavanlaşıb. Mikro infarkt keçirənlər, infarkta yaxın olanlar, genetik ürək qüsuru olanlara spirtli və energetik içkilər, siqaret olmaz. Nəinki yaşlı insanlara, hətta cavanlara da məsləhət görülmür. Çünki bu dərman preparatları və enerji içkiləri asılılıq yaradır. Bunun da nəticəsində, hormonal pozuntular meydana çıxır. Bu pozuntular da impatentliyə gətirib çıxardır. 

- Enerji içkillərini həddindən artıq qəbul edib cinsi həyat yaşamaq olarmı?

- Qətiyyən, olmaz! Xüsusən də enerji içkilərini spirtli içkilərə qatıb qəbul etmək qəti qadağandır. Belə vəziyyətdə cinsi əlaqədə olarkən ürək döyüntülərinin sayı arıtr. İnsan böyük enerji itirir. Bu enerji itkisi ürəkdən yan keçmir. Çünki ürək əzələvi bir orqandır. İşləyərək digər orqanlara qan verir. Viaqra qəbul edərək cinsi əlaqədə olan insalarda ürəyin tonusu artır və nəticə etibarilə, yaxşı sonluqla nəticələnməyə bilir bəzən. Ümumiyyətlə, ürəyə viaqra qədər enerji içkilərinin də təsiri böyükdür. 

- Bu problemlə bağlı sizə çoxmu müraciətlər olur?

- Biz onu təcrübəsiz də bilirik. Dəfələrlə xəbərdarlıq edirik ki, spirtli içkinin tərkibinə enerji içkisi qatmayın. Heç olmasa, meyvə şirəsi qatsınlar. Ümumiyyətlə, insanlar gərək asılılıq yaradan vasitələrdən uzaq olsunlar. 

- Son olaraq, nə demək istərdiniz?

- Demək istəyirəm ki, son zamanlarda özlərini cinsi həyata "qurban” vermək istəyənlərin sayı artıb. Bunun da nəticəsində, fəsadlar, ölümlər olur. İnsanların hislərlə yox, ağılla hərəkət etmələrini istərdim. Ən əsası, öz ürəklərini qorusunlar. Onu çox yormasınlar və çox riskə getməsinlər.

OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...