Karateçilərimizin şərəfinə verilən ziyafətdə şok ölüm - FOTO

Karateçilərimizin şərəfinə verilən ziyafətdə şok ölüm - FOTO
Ötən gün axşam saatlarında Azərbaycan Milli Karate Federasiyası tərəfindən Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış edən karateçilərimizin şərəfinə ziyafət verilib.

SFERA.AZ yenicag.az-a istinadən xəbər verir ki, paytaxtın Dafne by Dalida restoranında baş tutan əyləncə məclisində üzücü hadisə baş verib.

Əldə etdiyimiz məlumata görə, məclisdə iştirak edən beynəlxalq dərəcəli hakim Yusif Məmmədov anidən yerə yıxılıb. Ona ilkin, daha sonra təcili tibbi yardım göstərilsə də, Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Məlumatı saytımıza açıqlamasında federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Məhərrəmov da təsdiqləyib: "Federasiyanın üzvləri ilə İslam Oyunlarındakı qazandığımız nəticələri bayram edirdik. Yusif müəllim hakimlərlə birlikdə çıxış etdi, bir az oynadı. Az sonra isə qəfildən ayaq üstə durduğu yerdə yerə yıxıldı. İlkin yardım göstərdik, süni nəfəs verdik, ürəyini oyatmaq üçün döş qəfəsini massaj etdik, təcili tibbi yardım çağırdıq. Hardasa 25 dəqiqə sonra gəldilər ki, keçinib. İlkin diaqnoz olaraq infarkt dedilər. Rəsmi prosedurlardan sonra əvvəlcə Göy məscidə, daha sonra isə mərhumun evinə yollandıq. 64 yaşı aprel ayında tamam olmuşdu. Sağlamlığından heç şikayəti yox idi. Hacı olduğu üçün spirtli içkilərdən də uzaq durardı. O, 7 beynəlxalq dərəcəli hakimimizdən biri idi. Allah rəhmət eləsin!"
 


OXŞAR XƏBƏRLƏR

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...