Karantin müddəti uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək - RƏSMİ

Karantin müddəti uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək - RƏSMİ
 "Karantin müddəti uzandığı halda, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək”. 

Sfera.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hər ailəyə birdəfəlik ödəniş bir dəfə veriləcək:
 
"Əgər ailədə iki nəfər varsa və onlar işləmirsə, onlardan biri işsizliyə görə qeydiyyatdan keçə bilər. Onlardan birinə birdəfəlik ödəniş olunacaq. Bütün ödənişlər nağdsız şəkildə həyata keçiriləcək”.

Nazir qeyd edib ki, əgər işsiz kimi qeydiyyata düşən şəxsin şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə, onun qeydiyyata düşməsində problem yarana bilər:

"Bütün məlumatlar elektron fin nömrə üzərində araşdırılır. Vəsiqənin vaxtı bitibsə, onda biz onun məlumatlarını yoxlaya bilməyəcəyik və ona işsiz statusu verə bilməyəcəyik”.

Nazir qeyd edib ki, əgər ailədə ata, ana və 18 yaşından yuxarı əmək yaşına çatmış iki övladı varsa, birdəfəlik ödənişin verilməsi üçün övladlar nəzərə alınmır:

"Ancaq ana və atanın biri əmək müqaviləsi üzrə işləyirsə, artıq dövlət ona yardım edir. Digərinin alması artıq düzgün olmazdı. Övladların ayrıca birdəfəlik ödəmə almaq hüququ var və müraciət edə bilərlər”. 

OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...