Kapital Bank yenilənən Nəsimi filialını istifadəyə verdi
10:10 / 17.09.2019
948
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Yeni
konsepsiya əsasında təqdim edilən Nəsimi filialı, Bakı şəhəri, İmran Qasımov küçəsi 4 ünvanında fəaliyyət göstərir.
Artıq fiziki, hüquqi şəxs və fərdi sahibkar müştərilər onlar üçün hazırlanan xüsusi xidmət sahələrində bank
xidmətlərindən daha rahat istifadə edə bilərlər.
Kapital Bank-ın yeni konsepsiyası əsasında təqdim edilən Nəsimi filialı, eyni zamanda həm fiziki, həm hüquqi şəxs,
həm də fərdi sahibkar müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar,
valyuta mübadiləsi, əmək haqqı layihələri, əmanətlər, biznes və sahibkar kartları, POS ilə inteqrasiya olunan Smart
kassaların quraşdırılması kimi xidmətlərlə yanaşı, maliyyə əlçatanlığının asanlaşdırılması məqsədilə overdraft,
faktorinq, qarantiyalar, akkreditivlər və bir sıra digər məhsullar təqdim ediləcək. Burada xidmət saatlarından əlavə
qeyri-iş saatlarında da bir sıra bank əməliyyatlarının həyata keçiriıməsi mümkün olacaq. Belə ki, ödəmə terminalları
və ATM-lər vasitəsi ilə müştərilər fərdi şəkildə pul köçürmələri, büdcə, kommunal və digər xidmətlərin ödənişlərini
həyata keçirə, nağd pul əldə edə bilərlər.
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və
şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses
hazırda davam etməkdədir. Bundan əlavə cari il ərzində Bakı, region və Naxçıvan MR əraziləri üzrə 5 filialda əsaslı
təmir və yerdəyişmə prosesi həyata keçirilib, 4 yeni struktur bölmə (şöbə və filiallar) istifadəyə verilib. Eyni zamanda
transformasiya layihəsinin davamı olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı
təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.