Kapital Bank növbəti ali məktəbdə “Smart tələbə kartı” təqdim etdi

Kapital Bank növbəti ali məktəbdə “Smart tələbə kartı” təqdim etdi
 
21 fevral 2020-ci il tarixində Bakı Mühəndislik Universitetində (BMU) yeni "Smart tələbə kartı”nın təqdimat
mərasimi keçirildi. Yeni məhsul Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və BMU-nun
təşəbbüsü, Kapital Bank və Mastercard-ın dəstəyi ilə həyata keçirib.
Tədbirdə Təhsil nazirinin müavini İdris İsayev, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, BMU-nun
rektoru, professor Havar Məmmədov, Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid
Hidayətzadə, Mastercard-ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar, universitetin müəllim-tələbə heyəti və
media nümayəndələri iştirak ediblər.
"Bakı Mühəndislik Universiteti smart tələbə kartına keçən sayca ikinci ali məktəbdir. Ötən ilin noyabr ayında biz
analoji tədbiri UNEC-də keçirdik. Yaxın zamanlarda ölkənin bir sıra ali məktəblərində də smart tələbə kartları təqdim
ediləcək. Qeyd edim ki, bu kartlar vasitəsilə tələbələr təqaüdlərini almaqla yanaşı ödəniş kartlarının digər
funksiyalarından da istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da
genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində
istifadə olunması nəzərdə tutulub”, - deyə, Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid
Hidayətzadə bildirib.
Tədbirin sonunda BMU-nun fərqlənən 20 nəfər tələbəsinə smart tələbə kartları təqdim edildi.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Dilarə Əliyeva mərhum həyat yoldaşının son mesajından DANIŞDI: "Yazmışdı ki..."

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oqtay Əliyevlə son yazışmasının nə olduğunu açıqlayıb.   Sfera.az xəbər verir, bu barədə sənətçiyə...

Nazirlər Kabinetindən Qarabağ Universiteti ilə bağlı YENİ QƏRAR

Baş Nazir Əli Əsədov “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının ...

Azərbaycanda neft hasilatı AZALIB - Deputat AÇIQLADI

Bu ilin ilk rübündə neft-qaz sektorunda 0.2 faiz artım qeydə alınıb.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O qeyd edib...

Azərbaycan və Türkiyə hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi apardı - FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin nümayəndə he...

HƏMAS İsrailin girov mübadiləsi ilə bağlı təklifini RƏDD ETDİ 

Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında atəşkəs və girov mübadiləsi ilə bağlı son qərarını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə&...

"Bavariya" Zidandan "əlini üzdü" - Əsas namizəd...

"Bavariya" Zinəddin Zidanın baş məşqçi postuna namizədliyini nəzərdən keçirmir.   Sfera.az bildirir ki, daha əvvəl mətbuatda Münhen klubun...