Kapital Bank mükafatlandırıldı

Kapital Bank mükafatlandırıldı

Kapital Bank 16 yanvar 2019-cu il tarixlərində Londonda keçirilən BAFT Assosiasiyasını tədbirində iştirak edib və tədbir zamanı dünyanın nüfuzlu Global Finance jurnalı tərəfindən "Ən yaxşı ticarət maliyyəçisi” ("Best Trade Finance Providers”) mükafatına layiq görülüb.


 

Qaliblər əməliyyat həcmi, filial şəbəkəsi, müştəri xidməti, rəqabət qabiliyyəti, yenilikçi texnologiyalar və digər meyarlar üzrə seçiliblər. Kapital Bank-ı tədbirdə İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq təmsil edib.


 

"Bu il yenə də ənənəvi tədbirdə Azərbaycanı təmsil etdik. Tədbir zamanı bir sıra maraqlı görüşlərimiz oldu. Kapital Bank ticarət şəbəkəsinin və kiçik-orta sahibkarlığın maliyyələşməsinə böyük önəm verir. Bu səbəbdən də Global Finance jurnalı tərəfindən xüsusi mükafata da layiq görüldük. Beynəlxalq əməkdaşlığa gəlincə biz gələcəkdə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik və Amerikadan, Avropadan, Asiyadan olan həmkarlarımızın təcrübəsindən yararlanacağıq”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.


 

Qeyd edək ki, 2018-ci ildə Global Finance jurnalı Kapital Bank-ı Azərbaycanda "Ən Güvənli Bank” ("Safest Bank”) adına layiq görüb.


 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

MÜTDA direktoru qəbulun elektronlaşdırılmasından DANIŞDI

"Məktəbdənkənar təhsil müəssisələri üçün də qəbulun elektronlaşdırılmasını hədəfləyirik".   Sfera.az xəbər verir ki, bu barədə Məktəbə...

Kadırov Rusiya DİN rəhbəri ola bilər - KİV

Ramzan Kadırov Rusiya Daxili İşlər Nazirliyinin yeni rəhbəri ola bilər.   Sfera.az bildirir ki, bu barədə Rusiyada fəaliyyət göstərən “Tsarqrad...

Rusiya əməliyyatları gücləndirdi: Ukraynanın bu şəhərini işğal etməyə çalışır 

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Baxmut rayonunda yerləşən Çasov Yar şəhərini işğal etməyə çalışır.  Sfera.az UNİAN-a istinadən xəbər veri...

40 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI - RƏSMİ

"Təhsil müəssisələrində monitorinqlər davam edir".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin di...

Ukraynada öldürülən rus əsgərlərinin sayı AÇIQLANDI

Ukrayna müharibəsinin ikinci ilində 27 mindən çox rus əsgəri həlak olub.   Sfera.az bildirir ki, bu barədə “BBC” araşdırma aparıb. &n...

Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir

2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzərdə tutulan beş ...