Kapital Bank koronavirusla mübarizəyə yarım milyon manat ayırdı

Kapital Bank koronavirusla mübarizəyə yarım milyon manat ayırdı
 Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb. Sfera.az xəbər verir ki, bank, fondun hesabına virusla mübarizə məqsədilə 500 000 manat məbləğində vəsait köçürüb.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun manat və xarici valyutalarda rekvizitləri açıqlanıb. Bir sıra iri holdinq və şirkətlər kimi Kapital Bank da müəyyən məbləği, qeyd olunan hesaba köçürtməyi özünə borc bildi. 

Qeyd edək ki, Kapital Bank Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro, kiçik və orta sahibkarlara güzəştlər etmək çağırışına qoşulub. Virusun yaratdığı çətinlikləri nəzərə alaraq, sahibkarlara müxtəlif bank əməliyyatlarına güzəştlər tətbiq edilib. Artıq sahibkarlar Müştəri Bank vasitəsilə xarici ölkələrə olan köçürmələrini endirimli komissiyalarla icra edə bilirlər. Həmçinin də biznes kreditlərini tam komisiyyasız rəsmiləşdirilir.

Bundan başqa müştərilər BirBank mobil tətbiqi vasitəsilə evdən çıxmadan əksər bank xidmətlərini, həmçinin ödəniş və köçürmələrini öz smartfonları vasitəsilə həyata keçirə bilirlər. Həm BirBank, həm də Müştəri Bank 24/7 rejimində, fasiləsiz olaraq istifadəçilərin ixtiyarındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...