Kapital Bank-ın dəstəyi ilə növbəti “Yay Futbol Düşərgəsi” keçirilir

Kapital Bank-ın dəstəyi ilə növbəti “Yay Futbol Düşərgəsi” keçirilir

 

Kapital Bank Sumqayıt şəhərində 2014-cü ildən 7-12 yaşlı uşaqlar arasında keçirilən ənənəvi "Yay Futbol Düşərgəsi" layihəsinin rəsmi tərəfdaşıdır. Layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. Layihə çərçivəsində Sumqayıt şəhərində və onun ətraflarında yerləşən 48 orta məktəb üzrə 100-dən artıq şagird iştirak edəcək.

 

Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, onlar arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gəncləri sağlama həyata yönləndirməkdir.

 

Qeyd edək ki, layihə Kapital Bank-la yanaşı, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Azərikimya İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə keçirilib.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...

Bu məhsulları yesəniz dişlərinizi kariyesdən qoruyacaqsız

Pendir və digər süd məhsullarını çeynəyərkən, onlar tüpürcək istehsalını stimullaşdırır, bu da öz növbəsində dişlərdəki turşunu zərərsizləşdirə və çürüklərin qa...

Rusiyalı qadın 12 barmağı olan üçüncü uşağını dünyaya gətirdi

Rusiyada Ufa şəhərindəki Perinatal Mərkəzin həkimləri qeyri-adi irsiyyətli bir xəstə uşağın doğumunda iştirak ediblər. Sfera.az xəbər verir ki, bu barədə t...

Mənzərəli şəkil istəyən qız vulkanın içinə düşdü

İndoneziyada tətildə mənzərə fonunda qəşəng şəkil çəkdirmək cəhdi əsl faciəyə çevrilib. Çindən olan turist Huang Lihong həyat yoldaşı Zhang Yonqla birlikdə şəki...

Türkiyədə yenə zəlzələ oldu

Türkiyənin Antalya şəhərində 3,9 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.   Qeyd edilib ki,...

Ödənişli yolda baş verən qəzada yaralıların sayı 6-ya çatıb, 4-ü Rusiya vətəndaşıdır

Xəbər verdiyimiz kimi Bakı-Quba-Rusiya ödənişli yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib. Sfera.az xəbər verir ki, qəzada...