Təhsİl

Kapital Bank-ın dəstəyi ilə keçirilən Fənn Olimpiadasının qalibləri təltif edildi

Kapital Bank-ın dəstəyi ilə keçirilən Fənn Olimpiadasının qalibləri təltif edildi

 

Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq Təhsil Nazirliyinin təşkil etdiyi Respublika Fənn Olimpiadalarının keçirilməsinə dəstək göstərib. Fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə 30000-dən artıq şagird tədbirdə iştirak edib.

 

19 iyun 2019-cu il tarixində olimpiadanın qaliblərinin təltif edilməsi mərasimi keçirilib. Tədbirdə Təhsil Naziri Ceyhun Bayramov, ali məktəb rektorları, dövlət rəsmiləri, millət vəkilləri, ictimai xadimlər və digər qonaqlar iştirak edirdi.

 

Olimpiadada hər fənn üzrə olan qaliblərə müvafiq olaraq qızıl, gümüş, bürünc medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunub. Həmçinin sonda ölkənin güclü şagirdləri "Birincilərin birincisi” nominasiyasında elan edilib.

 

Qeyd edək ki, təhsil layihələrinə dəstək verən Kapital Bank hər il Təhsil Nazirliyi ilə birgə bir neçə layihə həyata keçirilib. Yaxın gələcəkdə təhsillə bağlı yeni birgə layihələrin keçirilməsi planlaşdırılır.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30