Kanadada Azərbaycan mədəniyyəti günü təşkil edilib

Kanadada Azərbaycan mədəniyyəti günü təşkil edilib

 

Kanadada fəaliyyət göstərən Alberta Azərbaycan Mədəniyyət Mərkəzi bu ölkədə ilk dəfə olaraq "Azərbaycan mədəniyyəti günü” tədbiri təşkil edib.

 

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, tədbir Alberta əyalətinin Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə keçirilib.

 

Tədbirdə "Kalqari ulduzları” qrupu iştirakçılara Azərbaycanın milli rəqsləri, o cümlədən "Tərəkəmə”, "Naxçıvani”, "Nəlbəki”, "Sarı gəlin”, "Ləzginka” və s. ifa ediblər. Həmçinin Yapon Cəmiyyəti tərəfindən kimononun hazırlanması, yerli "HYMN” qrupunun ifasında canlı musiqi, "Qaya-Kalqari” qrupunun ifasında isə "Bəri gəl” xalq mahnısı təqdim olunub. Soydaşımız Təhminə Rafaella tərəfindən İçərişəhərlə bağlı filmin təqdimatı da olub.

 

Tədbirdə qonaqlar Azərbaycanın milli şirniyyatlarından, o cümlədən paxlava və şəkərburadan dadıblar.

 

Alberta əyalətinin mədəniyyət və turizm naziri Rikardo Miranda çıxış edərək belə gözəl tədbirin təşkilinə görə mərkəzin üzvlərinə minnətdarlığını bildirib.

 

Mərkəzin prezidenti Famil Qarayev Kalqaridə yaşayan azərbaycanlılar adından xatirə hədiyyəsi olaraq üzərində Azərbaycan xalçasının əks olunduğu plaketdən, ölkəmizlə bağlı nəşrlərdən və milli şirniyyatlarımızdan ibarət xonçanı R.Mirandaya təqdim edib.



OXŞAR XƏBƏRLƏR

Bu bürcün nümayəndələri Aprel ayında maddi çətinliyi unudacaq

Rusiyalı astroloq Tamara Qloba iddia edir ki, aprel ayında Oğlaq bürcünün nümayəndələri maliyyə sahəsindəki çətinlikləri unudacaqlar. Sfera.az xəbər verir ...

"Tramp qalib gəlməlidir"- Böyük Britaniyanın sabiq nazirindən MÖVQE

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass bildirib ki, Donald Tramp ABŞ prezident seçkilərindən sonra Ağ Evdə olmalıdır. Sfera.az xəbər verir ki, bu b...

Dünyanın Ən Böyük Ailələri

Ailələrini genişləndirmək üçün rekord qıran bir çox ailələr var.   Sfera.az dünyanın ən böyük 10 ailəsini təqdim edir.    1. Zio...

Cennifer Lopez bacılarını göstərdi - FOTO

54 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopez bacıları ilə nadir fotosunu nümayiş etdirib.    Sfera.az bildirir ki, Cennifer Lopez ailə f...

Dünyada bu xəstəlik tək bir nəfər körpədə var- “Benjamin Button"

33 yaşlı Steysi və 36 yaşlı Kaylın kiçik qızı İsla Kilpatrik-Screaton, dünyada yeganə olduğu düşünülən, hüceyrələrin sürətlə qocaldığı "Mandibuloakral Disp...

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi: Ölənlər var

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.   Sfera.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçıları...