Hadİsə

“KamAZ”ın təkəri partladı - Ustanın gözü çıxdı - FOTO

“KamAZ”ın təkəri partladı - Ustanın gözü çıxdı - FOTO
 

Ağstafa da bədbəxt hadisə baş verib.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, rayonun Böyük Kəsik kəndində usta işləyən 1961-ci il təvəllüdlü Mehdiyev İxtiyar Mehdi oğlu "KamAZ”-ı təmir edərkən, yük maşınının təkəri partlayıb.

Nəticədə ağır bədən xəsarətləri alan İ. Mehdiyev Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun sol əlinin ikinci və üçüncü barmaqları, habelə sağ gözü amputasiya edilib.

Kəllə-beyin travması alan İ. Mehdiyevin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır. 


XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031