Kamaləddin Qafarov seçicilərlə görüşüb, Binəqədi gənclərini təbrik edib - FOTO

Kamaləddin Qafarov seçicilərlə görüşüb, Binəqədi gənclərini təbrik edib - FOTO

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Milli Məclisə deputatlığa namizəd Kamaləddin Qafarov yanvarın 31-də Baksol yaşayış massivində seçicilərlə görüşüb.

Trend-in məlumatına görə, K. Qafarovu səmimiyyətlə qarşılayan sakinlər yaşayış massivinin infrastrukturunda olan mövcud çatışmazlıqlar və problemlər haqqında ətraflı məlumat veriblər. Onlar fevralın 9-da layiqli namizədə səs verəcəklərini bildiriblər.

* * *
Həmin gün Yeni Azərbaycan Partiyasından VI çağırış Milli Məclis deputatlığına namizəd Kamaləddin Qafarov fevralın 2 –də qeyd olunacaq Gənclər günü ərəfəsində Binəqədi rayonunun gənc fəalları ilə görüşüb.

Gənclər gününün tarixi, onun keçirilmə ənənəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verən Kamaləddin Qafarov ölkəmizdə uğurla reallaşan gənclər siyasəti haqqında danışıb. Gənclərin ölkə əhalisinin 26 faizini təşkil etdiyini bildirən K.Qafarov onların ölkədə gedən quruculuq işlərinə verdiyi töhfələrdən söz açıb.

Musiqili- əyləncəli görşün sonunda bir qrup gənc fəala Yeni Azərbaycan Partiyasının üzvlük biletləri, Fəxri fərmanlar, bu il ilk dəfə səs verən gənclərə isə xatirə hədiyyələri təqdim olunub.







OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...