Kamal Abdullayev: "Multikulturalizm şəfqətdir"

Kamal Abdullayev: "Multikulturalizm şəfqətdir"
“Multikulturalizm ili”nin əsas məqsədi Azərbaycan xalqının birgəyaşayış, tolerantlıq ənənələrinin dünyaya daha geniş şəkildə təqdim edilməsidir.

Bu fikri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Multikulturalizm ili” ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Kamal Abdullayev Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması haqqında imzaladığı Sərəncamdan sonra bu məsələyə daha böyük maraq göstərildiyini söyləyib. O deyib ki, Azərbaycan multikulturalizmi yeni bir elmdir. Bu elm Azərbaycan psixologiyasını, ədəbiyyatını, mənəviyyatını, bu gününü və perspektivlərini özündə əks etdirir.

Dövlət müşaviri qeyd edib ki, Azərbaycan multikulturalizmi model kimi multikulturalizm ənənələrindən uzaqlaşmaq istəyən bir çox ölkələr üçün örnəkdir. Azərbaycanın multikulturalizm modeli işləkdir. Bu model dostlarımızı sevindirir, bədxahlarımızı isə qıcıqlandırır. Azərbaycan multikulturalizminə olan maraq Azərbaycanın dünyada tarixi, örnək dəyərlərə malik ölkə kimi tanıdılmasının nəticəsidir.

Kamal Abdullayev bu gün Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələrinin sərbəst olduğunu, multikulturalizm ənənələrinin Azərbaycan Prezidentinin söylədiyi kimi, həmişə yaşayacağını söyləyib. Bildirib ki, bu gün Azərbaycanda hansısa bir yəhudinin yanından keçən azərbaycanlı ona nifrət hissi ilə yanaşmır və ya təəccüblü şəkildə baxmır. Azərbaycanın belə bir təcrübəsi isə Avropada maraqla qarşılanır. Azərbaycanın multikulturalizm modeli bir növ katalizator rolunu oynayır. Avropanın bir çox qabaqcıl ölkələri multikulturalizm ənənələrindən əl çəkib. Amma Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq.

Kamal Abdullayev daha sonra əlavə edib ki, Nardaran camaatı ilə söhbətlər aparılacaq, onların multikultural əhvalı, dinə, dövlətə münasibəti istiqamətində bir çox iş görüləcək. Nardaran sakinləri buna mənən hazırdır: “Nardaranda və Bakının başqa kəndlərində çox dəyərli ziyalılarımız olub və var. Bizim əsas dayaq nöqtələrimiz o insanlar olacaq. Həmçinin Nardaranda “Bilik evi”nin yaradılması da planlaşdırılır. 

Dövlət müşaviri cari ildə və gələcəkdə müvafiq sahədə görüləcək işlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb. // Manera.az

OXŞAR XƏBƏRLƏR

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...