“Kainat gözəli” iki ölkə arasında qalmaqala səbəb oldu - Fotolar
Ukraynalı kainat gözəli Anastasiya Subbotanın viza müraciətinin ABŞ tərəfindən rədd edilməsi iki ölkə arasında problemə səbəb olub.
Sfera.az xarici mediaya istinadən bildirir ki, model 8 dekabrda ABŞ-ın Georgiya şəhərində keçiriləcək "Miss Universe” gözəllik müsabiqəsinə getmək üçün ABŞ vizası almaq istəsə də, buna nail ola bilməyib. Hadisə ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı ondan rəqibi Co Bayden və ailəsini araşdırmasını istədiyi ilə bağlı iddialardan sonra üzə çıxıb.
Əgər müsabiqənin təşkilat komitəsinin sədrinin səfir Uilyam Taylora göndərdiyi məktub müsbət cavablandırılmasa, bu il Ukrayna müsabiqədə iştirak edə bilməyəcək.
Qeyd edək ki, 14 ildir müsabiqədə iştirak edən Ukrayna ilk dəfə belə bir problemlə üzləşib. (yeni sabah)