Kadırov Türkiyədə çevriliş cəhdinin səbəblərini AÇIQLADI

Kadırov Türkiyədə çevriliş cəhdinin səbəblərini AÇIQLADI
Çeçenistan lideri Ramazan Kadırov öz Facebook səhifəsində Türkiyədəki hərbi çevriliş cəhdini şərh edib.

Sfera.az xəbər verir ki, Kadırov qiyamın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qərblə əlaqələrini kəsərək müstəqil siyasət aparması ilə bağlı olduğunu yazıb.

Kadırov qeyd edib ki, Türkiyənin Suriyadakı hadisələrə münasibətinin dəyişməsi və Ərdoğanın müstəqil siyasət yürütməsi "Qərbə bağlı" generalların xoşuna gəlməyə bilər. Ona görə də, onlar ölkənin rəhbərliyini ələ keçirməyə cəhd etdilər:
 
"Türkiyədə hərbi çevriliş cəhdi oldu. Qiyamçılar təyyarə də daxil olmaqla hərbi texnikadan istifadə etdilər. Ölü və yaralılar var. Bu hadisələr xalqın Rəcəb Tayyib Ərdoğanı və hökuməti dəstəklədiyini göstərdi. Türkiyə bizim yaxın qonşumuz, iqtisadi, mədəni və humanitar sahədə sıx əlaqələrmiz olan bir ölkədir.
 
Son zamanlarda Rusiya ilə Türkiyə arasında iqtisadi və digər sahələrdə əlaqələr güclənir. Bundan başqa, Türkiyənin Suriyadakı hadisələrə baxışlarında da müsbət dəyişikliklər baş verir. 

Bundan başqa Ərdoğan ölkəni islamlaşdırır və Osmanlının nüfuzunu bərpa etmək istəyir. Osmanlının sərhədlərinin xatırlayanlar isə buna imkan verməyəcəklər. Türkiyədəki son hadisələr də bununla bağlı ola bilər.

Ümumilikdə isə Türkiyədə qərbə bağlı ordu generalları həmişə siyasi proseslərə müdaxilə ediblər. Qeyd etdiyim kimi, Ərdoğan isə Qərbdən müstəqil siyasət yürütməyə qərar verib. Bu da onların xoşuna gəlməyə bilər. 

Biz bir çox inqilab gördük. Öz təcrübəmizə əsaslanaraq çevrilişlərin ağır nəticələrə səbəb olduğunu bilirik. Qardaş Türk xalqına ən qısa zamanda sülhün və sabitliyin bərqərar olmasını arzulayırıq", - Kadırov vurğulayıb.(BAKU.WS)

OXŞAR XƏBƏRLƏR

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...