Kadırov Gədəbəydə tapılan qadınla bağlı tapşırıq verdi - “Vacib deyil hardandır”

Kadırov Gədəbəydə tapılan qadınla bağlı tapşırıq verdi - “Vacib deyil hardandır”
 Çeçenistan lideri Ramzan Kadırov Gədəbəydə tapılan 104 yaşlı çeçen qadınla maraqlanmaları üçün nümayəndələrini Azərbaycana göndərib.

Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə çeçen lider Mylistory sosial şəbəkə hesabında yazıb. 

Qeyd edilir ki, nümayəndə heyəti ötən gün Bakıda qadına baş çəkiblər və ona lazımi əşyalar, həmçinin qida məhsulları gətiriblər. Bu gün isə onun Çeçenistana aparılması baş tuta bilər. 

Kadırov bildirib ki, o təvəllüdlü qadın Çeçenistanda heç vaxt sənəd almayıb və heç bir yerdə qeydiyyatda deyil. Yaşı ilə əlaqədar nəyisə qarışdıra və ya unutmuş ola bilər: "Bu fakta baxmayaraq, ona bütün lazımi yardım göstəriləcək. Həftənin birinci günü Rusiyanın Azərbaycandakı səfirliyi vasitəsilə Əliyevanın Çeçenistana gətirilməsi məsələsi həll olunacaq. Önəmlisi odur ki, Əliyevaya təcili kömək lazımdır və bu yardım ona göstəriləcək. Vacib deyil hardandır. O gücsüzdür, tənhadır, buna görə də harada yaşamasından asılı olmayaraq qayğısına qalmaq lazımdır”.

Xatırladaq ki, 104 yaşlı Mədinə Əliyeva 2017-ci il dekabrın 23-də Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində küçədə köməksiz vəziyyətdə tapılıb. Qadın Kərbəla adı ilə aldadılaraq Goranboya gətirildiyini iddia edib. 

Azərbaycan DİN-nin məlumatında isə qeyd edilir ki, Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma aparılıb, bu ad və familiyada şəxsin ölkəyə giriş-çıxışının olmadığı məlum olub. Qadının rabitəsiz danışığı onun səhhətində psixoloji cəhətdən ciddi problemlərin olduğu qənaətini yaradıb. 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...