Kabildə partlayış: 31 nəfər öldü
13:29 / 22.04.2018
3678
Bu gün Əfqanıstanın paytaxtı Kabildə seçicilərin qeydiyyat mərkəzinin qarşısında partlayış olub. Terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, hadisə nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
50 nəfərdən çox insan yaralanıb.
Hələlik, partlayışa görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.
Sfera.az