\"Jurnalistə bədən xəsarəti yetirilməsi barədə məlumat doğru deyil\" - Bakı polisi

\

"Sosial şəbəkələrdə dünən gecə saatlarında bir qrup şəxs tərəfindən Nəsimi rayonunda ictimai asayişin pozulması ilə müşayiət olunan görünütülər yayılıb”.

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, müvafiq icra hakimiyyəti ilə razılaşdırılmayan, məişət problemləri ilə bağlı toplanan bir qrup şəxsin ərazidən uzaqlaşdırılması zamanı özünü jurnalist kimi təqdim edən Əvəz Hafizli polisin xidməti fəaliyyətinə maeçilik yaratmağa çalışıb, müşahidə funksiyasını yerinə yetirməli olduğu halda prosesə emosional və jurnalist etikasına uyğun olmayan tərzdə müdaxilə edib.

E.Hacıyev vurğulayıb ki, asayişin bərpasından sonra onun polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı səsləndirdiyi iddialar əsassızdır, ona bədən xəsarəti yetirilməsi həqiqəti əks etdirmir: "Ali məqsədi həqiqəti yaymaq, peşəkarlıq meyarı obyektivlik olan heç bir jurnalistin peşə fəaliyyətinin həyata keçirilməsinə tərəfimizdən hər hansı məhdudiyyət yoxdur. Kütləvi tədbirləri işıqlandırarkən jurnalistlər daha diqqətli və məsuliyyətli olmalı, prosesə müdaxilə etməməli, müşahidə funksiyasını yerinə yetirməlidirlər”.


OXŞAR XƏBƏRLƏR

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...