"Jurnalist seçki ilə bağlı materialları yayımlayarkən mütləq Seçki Məcəlləsinə söykənməlidir" - Əli Həsənov

"Azərbaycan Respublikası Prezidentinin seçkilərində KİV-in rol və vəzifələri"nə həsr edilmiş konfrans işinə başlayıb. 


Sfera.az bildirir ki, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar olaraq jurnalistlərin rol və vəzifələrindən danışıb: 

"Bu prosesdə baş redaktorların üzərinə böyük məsuliyyət düşür. Burada 3 mərhələ var: təbliğata qədərki dövr,  təbliğat dövrü,  seçki prosesi və sonrakı dövr. Bu prosesdə şəffaflıq qorunmalı, hər bir namizədə bərabər zaman, qiymət ayrılmalıdır".

Daha sonra Ə.Həsənov Seçki Məcəlləsi haqda danışaraq onun rolunu qeyd edib: 

"Burda KİV-in əsas rolu namizədlərin roluna bərabərdir. Jurnalist seçki ilə bağlı materialları yayımlayarkən mütləq öz peşəkarlığına və Seçki Məcəlləsinə söykənməlidir". 

Daha sonra Ə.Həsənov KİV-in kommersiya maraqları və jurnalistlərin məsuliyyəti haqda danışıb.

Nigar Məhərrəm
Sfera.az
AdRiver

XƏBƏR LENTİ