Jurnalist milyarderi Alp dağlarında yaxaladı: \"Azı 2 butulka araq içməliyik...\"

Jurnalist milyarderi Alp dağlarında yaxaladı: \
Rusiyalı biznesmen-oliqarx Əlişir Usmanov Yeni il tətili günlərində "Financial Times” qəzetinə müsahibə verib.

Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, qəzetin jurnalisti Henri Foy bu müsahibənin qəzetin tarixində az qala ən qısa müsahibə olduğunu qeyd edir. O, rusiyalı milyarderi Alp dağlarındakı bahalı otellərdən birinin lobbisində haqlayıb, Usmanov jurnalisti görən kimi deyib ki, günü ağır keçib və söhbəti təxirə salmaq yaxşı olardı.

"Lakin mənim həyatım barədə hər şeyi öyrənmək istəyirsinizsə o zaman bizə ən azı iki butulka araq lazım olacaq”,-milyarder qeyd edib. Nəticədə jurnalist Usmanovla araq içib, ona biznesi və Rusiya hakimiyyəti ilə münasibətləri haqda suallar verib. Usmanov deyib ki, onu oliqarx adlandırmaq düzgün deyil, çünki bütün aktivlərini ikinci əldən alıb, onları özəlləşdirmə sayəsində ələ keçirməyib.
"Heç kim mənə havayı heç nə verməyib”,-Usmanov qüssə ilə deyib. Amma əlavə edib ki, Rusiya dövlətindən həmişə dəstək görüb. Putinlə münasibətləri haqda suala cavab verən milyarder bildirib ki, onu yaşadığı ölkənin lideri kimi qəbul edir və hörmət bəsləyir. "Ona oliqarxlar lazım deyil, ancaq güclü, möhkəm dövlət lazımdır”,-rusiyalı milyarder bildirib.

Varisləri haqda danışan Usmanov deyib ki, sərvətinin yarısını ailəsinə bağışlayacaq, qalan yarısını isə onun biznesini idarə edən menecerlər arasında bölüşdürəcək.

Əlişir Usmanov Rusiyanın ən varlı biznesmenlərindən  biridir, USM Holdings qrupunun sahibidir. Milyarderin əsas aktivi "Metalloinvest” şirkətidir və həmin şirkətin səhmlərinin yarısı onundur. Habelə onun holdinqinə bir neçə iri metallurgiya kombinatı, "Meqafon” mobil rabitə operatorunun səhmlərinin 31 faizi və digərləri daxildir.


OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub.   Sfera.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərb...

Həyatın yaranması üçün vacib olan üzvi molekullar əvvəlcə kosmosda yaranmış ola bilər - ARAŞDIRMA

Fransa və Almaniya alimləri həyatın yaranması üçün vacib olan üzvi molekulların əvvəlcə kosmosda yaranmış ola biləcəyinə dair yeni sübutlar əldə ediblər.  ...

Azərbaycan lideri: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt bi...

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır.  Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir...

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...