Jurnalist həyacan təbili çaldı:Cəfər Cabbarlının ev muzeyi dağılır-Fotolar

Jurnalist həyacan təbili çaldı:Cəfər Cabbarlının ev muzeyi dağılır-Fotolar
Bu il görkəmli azərbaycanlı dramaturq, şair Cəfər Cabbarlının 120 illiyidir. Lakin nədənsə Cəfər Cabbarlıya qarşı laqeydlik var. Ölkə Prezidenti İlham Əliyev Cəffər Cabbarlının  120 illik yubileyini qeyd etmək üçün müvafiq sərəncam da imzalayıb. Lakin bu günə qədər müvafiq qurumlar bu sərəncamdan irəli gələn məsələləri həll etməyib. Dahi şairin 28 may metrosunun qarşısında olan heykəli çirkin içərisindədir. Şairin ev muzeyinin hal-hazırkı durumundan isə danışmağa dəyməz.
Sfera.az xəbər verir ki, şairin ev muzeyinə olan biganəlik haqqında tanınmış jurnalist Seymur Teymurov öz statusunda yazıb:” Şəhərin mərkəzdində yerləşən bu bina Cəfər Cabbarlının ev muzeyidir. Ancaq muzeydən başqa nəyə desən oxşayır. Elə bil bomba düşüb və tamamilə unudulub. Bina Mədəniyyət nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir. Onun indiki vəziyyəti mədəniyyətimiz halına çox oxşayır. Ancaq görkəmli ədibimizin şərəfinə yaraşmır.”
Yəqin ki, tezliklə müvafiq qurumlar ölkə başçısının verdiyi sərəncamdan nəticə çıxardacaq.








OXŞAR XƏBƏRLƏR