AdRiver
Jirinovskidən ilginc təklif: Gənclik yaşı 60-a qaldırılsın

Jirinovskidən ilginc təklif: Gənclik yaşı 60-a qaldırılsın

Rusiya Liberal-Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski gənclik yaşının 30-dan 60-dək qaldırılmasını təklif edib və bununla faktiki olaraq uşaqlıq yaşının 30-a qədər uzadılmasının perspektivi haqqında Səhiyyə Nazirliyinin başçısı Veronika Skvortsovanın fikirlərini dəstəkləyib.

Sfera.az bildirir ki, başqa bir təkliflə V.Jirinovski 90 yaşa qədər olan dövrün yetkinlik dövrü adlandırılmasını istəyib. Yeri gəlmişkən, Jirinovskinin özünün hazırda 72 yaşı var və siyasətçinin təklifinə əsasən, o məhz həmin kateqoriyasına düşür.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın səhiyyə naziri Veronika Skvortsova uşaqlıq dövrünün 30 yaşa qədər hesab oluna biləcəyini demişdi: "Uşaqlıq, Böyük Vətən Müharibəsinin başlanğıcında 14 il, 1960-cı illərdə 16 il təşkil edirdi, indi isə bütün dünyada 21-ci ildir. Deməli, gələcəkdə ən azı 25-30 il olacaq”.

Onu da qeyd edək ki, bütün bunlardan daha əvvəl Rusiya prezidenti Vladimir Putin 2024-cü ilə kimi örta ömrün 78 yaşa qədər artımını təmin etmək barədə hökumətə tapşırıq vermişdi.(virtualaz.org)

DİGƏR XƏBƏRLƏR


---