Jirinovski I Paveli qınadı

Jirinovski I Paveli qınadı
 

Vətəndaşlığını dəyişmək istəyən bütün Gürcüstan vətəndaşlarına Rusiya pasportları vermək lazımdır.

 

Bunu "İReactor” portalına açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

 

"Niyə biz Gürcüstana pul xərcləməliyik? Kim özünü Rusiyaya münasibətdə belə aparır? Bəli, bu fəaliyyətin dirijorları xaricdə ola bilər, amma hücumları Gürcüstanın sıravi vətəndaşları həyata keçirir.

 

Moskva və Tiflis münasibətlərində problemlər I Pavelin səhvlərinin nəticəsidir. Məhz o, müşavirlərinin təklifi ilə Gürcüstanı Türkiyədən xilas etmək üçün Rusiya imperiyasının tərkibinə qatmaq haqqında qərar qəbul etdi. Əgər bu baş verməsəydi, bu gün Rusiya Türkiyə ilə ümumi sərhədə sahib olar, gürcülər isə rusların içində assimilyasiyaya məruz qalardı”, – deyə o bildirib.


OXŞAR XƏBƏRLƏR