Jirinovski: Azərbaycan Rusiyanın tərkibinə daxil edilməlidir

Jirinovski: Azərbaycan Rusiyanın tərkibinə daxil edilməlidir
 Azərbaycanlılar və ermənilər arasında yaşanan Dağlıq Qarabağ münaqişəsi ərəblərlə yəhudilərin Qüds uğrunda mübahisəsini xatırladır. Onlar özləri bu münaqişəni heç vaxt həll edə bilməyəcəklər. Yalnız üçüncü tərəfin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkündür.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Moskva-Bakı nəşrinə müsahibəsində Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski deyib.

Deputat qeyd edib ki, Rusiya İmperiyası və SSRİ-nin tərkibində sərhədlər tam aydın deyildi və inzibati bölgünün elə bir əhəmiyyəti yox idi:

"Ermənilər Bakıda, azərbaycanlılar isə Ermənistanın müxtəlif rayonlarında yaşayırdılar. Lakin sonradan sərhədlər müəyyənləşdi və hər iki ölkə Dağlıq Qarabağı öz ərazisi kimi təqdim etdi. Onlar heç vaxt razılığa gələ bilməyəcəklər. Qarabağ dağlıq ərazidir və çox balacadır. Qüds kimi - orada ərəblər və yəhudilər arasında həmişə münaqişə olacaq. Bu səbəbdən Qarabağda xarici hakim lazımdır -  bu yalnız Moskva ola bilər, çünki onların hər ikisi rus dilində danışırlar. Analoji münaqişələr Dnestryanı, Abxaziya və Cənubi Osetiyada da var. Bu dörd yerdə SSRİ-nin tərkibində problem yox idi, onlar İttifaqdan ayrılan kimi ara qarışdı. Biz əmin ki, SSRİ-nin sərhədləri könüllü və ya referendum vasitəsi ilə bərpa edilməlidir. Keçmiş dövlətlərin hamısı Rusiyanın tərkibinə daxil olunmalıdır. Yalnız bundan sonra sülh olacaq, bütün münaqişələr öz həllini tapacaq və böyük ölkənin bütün xalqları sabahdan qorxmayaraq rahat yaşayacaqlar”. 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək?

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib və qanun layihəsi imzalaması üçün Prezident Co Bayde...

"Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ

Bir sıra universitetlərdə qız tələbələrin geyimlərinə, oğlan tələbələrin isə saqqal saxlamalarına qadağa qoyulduğunun şahidi olmuşuq.   Bəs bu qadağ...

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 21% AZALIB

2024-cü ilin 1-ci rübündə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 25,5% azalaraq 134,5 milyon ABŞ dolları təşkil edib.   Sfera.az APA-ya isti...

"Atletik"in oyunçusu klubu TƏRK EDİR - 15 ildən sonra...

"Atletik"in yarımmüdafiəçisi İker Munyain cari mövsümün sonunda İspaniya klubunu tərk edəcək.   Sfera.az bildirir ki, 31 yaşlı futbolçu bu...

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

"Qırğızıstanla son 15 ildə ən zəif ticarət dövriyyəsi 2017-ci ildə olub".   Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Ə...

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...