\"Jiquli\" polis maşını ilə toqquşdu: ölən və yaralı var - YENİLƏNİB

\

19:36

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın verdiyi məlumata görə, Tovuz Rayon Polis Şöbəsinə məxsus "Fiat" markalı Post-Patrul avtomobili ilə rayonun Azadtəpə kənd sakini, 1992-ci il təvəllüdlü Rəşad Qədimalıyevin idarə etdiyi "VAZ-21011" markalı avtomobil toqquşub.
 
"VAZ-21011"də olan sərnişin, Tovuz şəhər sakini, 1986-cı il təvəllüdlü Tural Əsgərov hadisə yerində ölüb. Sürücü isə ağır bədən xəsarətləri alıb. O, Tovuz Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

--------

19:24

Tovuz rayonunda yol kənarında 25-30 yaşlarında kişi meyiti tapılıb. 

Sfera.az report.az-a istinadən bildirir ki, meyit ekspertiza üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Tovuz Rayon Şöbəsinə göndərilib.

Hazırda ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. 

Onun avtomobil vurması nəticəsində həyatını itirdiyi ehtimal edilir.


OXŞAR XƏBƏRLƏR