İzmirdə FETÖ evləri ilə bağlı əməliyyat: 42 nəfər saxlanıldı

İzmirdə FETÖ evləri ilə bağlı əməliyyat: 42 nəfər saxlanıldı

İzmirdə FETÖ evləri ilə bağlı keçirilən əməliyyatlarda 42 şübhəli saxlanılıb.

 

Aznews.az xəbər verir ki, İzmir Baş Prokurorluğu apardığı istintaq çərçivəsində Türkiyənin müxtəlif yerlərində haqlarında saxlama qərarı verilən və qaçaq olan FETÖ mənsublarının bu şəhərdəki fəaliyyətlərini davam etdirməsi haqqında xəbərdarlığa görə əməliyyat başladıb.

 

Bir müddət şübhəliləri izləyən İzmir Polis Kəşfiyyat və Terrorla Mübarizə Şöbəsi örgütün "mahrem abi” kimi tanınan insanların da yaşadığı evləri aşkarlayıb.

 

Çox sayda polisin iştirakı ilə 55 ünvanda əməliyyat keçirən komandalar 42 şübhəlini saxlayıblar.

 

 

 

Evlərdə aparılan axtarışlar zamanı örgütün gizli xəbərləşməsində istifadə olunan kripto telefon (SIM kart taxılmayan sadəcə WiFi-a bağlanaraq istifadə edilən telefonlar) və kompüter aşkarlanıb.

 

Örgüt mənsublarına paylanmaq üçün zərflərə qoyulmuş 92 min lirə, 19 min dollar, 4 min 300 avro pul da ələ keçirilib.

 

Polis əməliyyatı zamanı özünü 3-cü mərtəbənin pəncərəsindən atan şübhəli də yaxalanıb.

 

Bəzi şübhəlilərin sübutları yox etmək üçün istifadə etdikləri telefonları formatlamağa çalışdıqları müşahidə olunub.

 

Digərlərinin isə telefonları həyətə və çardağa atmaq cəhdləri diqqət çəkib.


OXŞAR XƏBƏRLƏR