AdRiver
İvanka Tramp və ərinin sərvəti 1 ildə on milyonlarla dollar artıb - ŞOK RƏQƏMLƏR

İvanka Tramp və ərinin sərvəti 1 ildə on milyonlarla dollar artıb - ŞOK RƏQƏMLƏR

Cared Kuşnerin sərvəti son bir il ərzində on milyonlarla dollar artıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, onların aktivlərinin dəyəri 229 milyondan 786 milyon dollaradək qiymətləndirilir. "The Wall Street Journal”ın yazdığına görə, keçən illə müqayisədə onların hər birinin sərvəti 26 və 46 milyon dollar dəyərində artıb.

Qəzet qeyd edir ki, bu məbləğ qat-qat çox ola bilər. Belə ki, İvanka Trampın təqdim etdiyi trast fonduna ötürdüyü geyim və aksessuarlar brendlərinin dəyəri 50 milyon dollar artıb.
 
"Washington Post" isə yazır ki, İvanka Tramp 2017-ci ildə 82 milyondan çox gəlir əldə edib.

Xatırladaq ki, İvanka Tramp 2017-ci ilin əvvəlində ailə şirkətindəki vəzifəsindən gedib və hazırda Ağ Evdə müşavir vəzifəsində çalışır.
 
Rəsul
Sfera.az

DİGƏR XƏBƏRLƏR


---