Sİyasət

İTV-nin “kukla"sı: Millət vəkilləri onunla müsahibəyə razıdır? - SORĞU

İTV-nin “kukla
 
Ana Vətən Partiyasının  sədri, millət vəkili Fəzail Ağamalının İctimai Televiziyada (İTV) yayımlanan və aparıcısı robot olan "3D” verilişinə qatılmaqdan imtina etməsi birmənalı qarşılanmayıb.

Xatırladaq ki, millət vəkili bu addımını aparıcının canlı insan yox, kukla olması ilə əsaslandırıb. Maraqlıdır, digər millət vəkillərinin və ictima-siyasi xadimlərin sözügedən verilişin formatına münasibətləri necədir və dəvət alacaqları təqdirdə proqrama qatılmağa razılıq verərlərmi?

Sfera.az mövzuyla bağlı qısa sorğu keçirib.  Millət vəkili Aydın Mirzəzadə məsələyə münasibət bildirməkdə çətinlik çəkdiyini deyib: "Şəxsən mənə həmin verilişdə iştirakla bağlı təklif gəlməyib. Ona görə bu məsələyə konkret münasibət bildirməkdə çətinlik çəkirəm. Həmkarım Fəzail Ağamalının seçiminə, davranışına isə hörmətlə yanaşıram”. 

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə istənilən verilişdə sözünü deməyə hazır olduğunu bildirib: "Açığı həmin verilişə baxmamışam. Buna baxmayaraq, dəvət olarsa İTV-nin sözügedən layihəsində məmnuniyyətlə iştirak edərəm. Mən istənilən verilişdə öz sözümü deməyə hazıram. Düşünmürəm ki, aparıcının kukla və ya canlı insan olması məni həmin verilişdə iştirakdan çəkindirsin”. 

Sabiq millət vəkili Ceyhun Osmanlı İctimai Televiziyanı yetərincə ciddi telekanal hesab etdiyini vurğulayaraq, sözügedən verilişə dəvət alarsa cavabının müsbət olacağını söyləyib: "İctimai Televiziyanı olduqca ciddi tribuna sayıram. Şəxsən mənə belə bir təklif gəlsəydi, həmin verilişdə iştirak edərdim.  Millət vəkili Fəzail Ağamalının müsahibədən imtinasına gəlincə isə bu onun seçimidir və bu seçimə hörmətlə yanaşmalıyıq”.
 
Səbuhi
Sfera.az

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031