İtkin düşmüş neftçilərin axtarışı ilə bağlı SON XƏBƏR
Cəmiyyət
06:26 / 14.12.2015
798
“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi üçün bir gəmi cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, qəza nəticəsində itkin düşənlərin axtarışı davam etdirilir.
“Hazırda 1 təyyarə və 3 helikopter axtarışla məşğuldur. Eyni zamanda nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti sahilboyu müşahidə aparır” deyə, məlumatda bildirilib.
Nazirlikdən o da əlavə olunub ki, daha iki gəmi mümkün neft dağılmalarının qarşısını almaq üçün cəlb olunub.
Qeyd edək ki, dekabrın 4-də baş vermiş yanğında 7 nəfər həlak olub, 29 nəfər itkin düşüb. Aparılan axtarışlar nəticəsində onlardan 6-nın cəsədi tapılaraq ailələrinə təhvil verilib.