İtkin düşən dənizçilərin axtarışları bərpa olundu

İtkin düşən dənizçilərin axtarışları bərpa olundu
Yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən "Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində itkin düşən dənizçilərin axtarışı bərpa olunub.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov AzərTAc-a deyib. 

O bildirib ki, dünən qəza baş verən bölgədə hava şəraiti kəskin dəyişdiyi üçün axtarışların helikopterlər və gəmilərlə aparılması müvəqqəti dayandırılmışdı. Yalnız çətin hava şəraitində axtarış aparılması nəzərdə tutulan texnikalarla axtarışlar davam etdirilirdi. Bu gün səhər saatlarında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə əlaqə saxlayıb və məlumat verilib ki, hava şəraiti nisbətən sabitləşib. Axtarışlara yenidən gəmilər və helikopterlər cəlb edilib. 

T.Müseyibovun sözlərinə görə, hava şəraiti tam düzələndən sonra axtarışlar geniş radiusda həyata keçiriləcək. 

Qeyd edək ki, yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən "Volgabalt 214” gəmisi qəzaya uğrayıb. Gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb. Gəminin ekipaj üzvlərindən biri - Azərbaycan vətəndaşı, gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu həlak olub və onun meyiti sudan çıxarılıb. Digər Azərbaycan vətəndaşı, gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun isə axtarışları davam etdirilir. 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...