İtaliyanın cənubunda koronavirusun sürətlə yayılması qorxusu

İtaliyanın cənubunda koronavirusun sürətlə yayılması qorxusu

Koronavirusa ən çox məruz qalmış İtaliyada ölüm və yoluxmaların sayının kəskin azalması müşahidə olunduğu bir vaxtda ölkənin cənubunun növbəti qaynar nöqtəyə çevrilə biləcəyi narahatlığı artır.

Şimalda yerləşən Lombardia bölgəsindən son rəqəmlər epidemiyanın episentrdə zəifləyəcəyini güman etməyə əsas verir.

Lakin yoxsul cənub bölgələrində ölüm hallarının sayı kəskin artmaqdadır, bu da səhiyyə xidmətinin üzərinə düşən yükün qat-qat artacağı ilə bağlı narahatlıq yaradır.

İtaliyada koronavirusdan 8215 ölüm və 80589 təsdiqlənmiş yoluxma hadisəsi qeydə alınıb.

Avropada koronavirusa ən ağır tərzdə məruz qalmış ölkə məhz İtaliyadır.

Ölkədə demək olar ki, bütün obyektlər iki həftə müddətinə bağlanıb və camaata evlərində qalmaq göstərişi verilib.

İtaliyanın cənubunda nə baş verir?

Cənubda yoluxma və ölüm halları daha az olub, Lakin səhiyyə sisteminin zəif olduğu Campania və Lazio kimi bölgələrdəki vəziyyət narahatlıq doğurur.

İndiyə qədər Campaniada 74, Lazioda 95 ölüm hadisəsi qeydə alınıb.

Baş nazir Giuseppe Conte-yə yazdığı açıq məktubunda Campania bölgəsinin prezidenti Vincenzo De Luca, mərkəzi hökumətin vəd etdiyi süni nəfəs aparatlarının və insan həyatını xilas etmək üçün lazım olan digər avadanlığın təmin olunmamasından şikayət edib.

"İndiki məqamda Lombardia faciəsi cənubda təkrarlana bilər. - o deyib. - Biz infeksiyaların genişlənməsinin astanasındayıq".

Cümə axşamı, cənab Conte İtaliya senatında bildirib ki, bütün Avropa koronavirusla bağlı fövqəladə vəziyyətdən sonra "ağır və kəskin" bir tənəzzülə uğrayacaq və bu zərbəyə tab gətirmək üçün "fövqəladə və müstəsna ölçülər" görülməlidir.

Təhlilçilərin qənaətinə görə, İtaliyada tətbiq edilən sərt tədbirlər ölkəni son onilliklərin ən dərin tənəzzülünə yuvarlada bilər. Bu arada isə Baş nazir Conte ölkə iqtisadiyyatı üçün 25 milyard avro məbləğində ikinci stimullaşdırıcı paket vəd edib.

Avropanın başqa yerlərində nə baş verir?

Koronovirusun ən ağır təsirinə məruz qalmış Avropanın ikinci ölkəsi olan İspaniyada, gün ərzində ölənlərin sayı bu həftə ilk dəfə olaraq azalıb.

Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4635-ə çatıb.

Çərşənbə günü ölənlərin sayına görə İspaniya Çini ötüb.

Bu arada İspaniyada koronavirusa yoluxma hallarının ümumi sayı 57786 nəfərə çatıb.

Cümə axşamı günü İspaniya parlamenti insanların hərəkəti ilə bağlı məhdudiyyətləri ən azı 12 aprel tarixinə qədər uzadıb.

"Düşünürəm ki, virusa qarşı yeganə səmərəli çarə sosial təcriddir", - Baş nazir Pedro Sanchez deyib.

Digər yerlərdə vəziyyət:

Rusiya cümə günündən etibarən beynəlxalq reysləri dayandıracağını və paytaxt Moskvada şənbə günündən etibarən aptek və ərzaq dükanlarından başqa bütün mağazaların bağlanacağını bildirib.

Almaniyada koronavirusdan nisbətən aşağı ölüm statistikası, testlərin çox sayda aparılmasına görədir, Berlindəki Charite universiteti hospitalının virusologiya institutunun rəhbəri Christian Drosten deyib.

Fransada koronavirusdan 1696 ölüm hadisəsi qeydə alınıb. Prezident Emmanuel Macron ordunu ölkəyə kömək etməyə çağıracağını bildirib. Hökumət sözçüsü isə 15 günlük karantin tədbirlərinin uzadıla biləcəyini qeyd edərək, buna dair qərarın "yaxın günlərdə" qəbul ediləcəyinin gözləndiyini bildirib.


OXŞAR XƏBƏRLƏR

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...