İtaliyada qar uçqunu faciəyə səbəb oldu
12:57 / 19.01.2017
897
Ölkə.Az xəbər verir ki, uçqun nəticəsində 30 nəfərin həlak olduğu ehtimal edilir.
İtaliyanın Farindola şəhərində yerləşən "Rigopiano" otelinin binası qar uçqunu altında qalıb. Şəhər Abrusso əyalətinin Qran-Sasso dağlarında yerləşir. Yerli hakimiyyət nümayəndələri bildirir ki, hazırda bir neçə nəfərin həlak olduğu dəqiqləşdirilib. Amma qurbanların sayı 30 nəfərə çata bilər.
Hadisə yerində xilasetmə qrupu işləyir.