Dünya

İtaliya Suriyaya ordu göndərdi

İtaliya Suriyaya ordu göndərdi
İtaliya ordusu ABŞ və Fransa ilə yanaşı YPG/PKK terror təşkilatına dəstək vermək üçün Suriyanın İraq sərhədindəki Deyr-əz-Zor vilayətinə hərbi kontingent göndərib.

Sfera.az xəbər verir ki, Deyr-əz-Zordakı yerli mənbələrin "Anadolu” agentliyinə verdiyi məlumata görə,  bir həftə əvvəl italyan əsgərləri İraqdan keçərək əraziyə daxil olublar. Əvvəlcə Həsəkə şəhərinə gələn italyanlar sonradan Deyr-əz-Zora gediblər. Əsgərlər Ömər neft yataqları ərazisindəki ABŞ bazasında yerləşdiriliblər.

Hazırda dəqiq sayları məlum olmayan italyan əsgərləri İŞİD-ə qarşı əməliyyatlarda ABŞ və Fransa əsgərlərinə dəstək verirlər. İtaliya əsgərlərinin hərbi silahlı münaqişələrdə hələlik iştirak etməyəcəyi bildirilir.
 
Rəsul
Sfera.az


AdRiver
loading...

XƏBƏR LENTİ