Cəmİyyət

“İt hürər, karvan keçər” – AQİL ABBAS

“İt hürər, karvan keçər” – AQİL ABBAS
Azərbaycanı istəməyən qüvvələr tərəfindən belə fikirlər səsləndirilir ki, futbol üzrə Avropa Liqasının  final oyununun Bakıda keçirilməsi mümkün deyil.

Oyunçuları, yarışı izləməyi gələnləri təhlükə gözləyə bilər, Azərbaycan stabil ölkə deyil və bu baxımdan, onlar bakıya gələ bilmzlər və sair.

Bunu millət vəkili Tahir Rzayev UEFA Avropa Liqasının 29 mayda Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycana aid səyahət tövsiyələrinə münasibətini bildirərkən deyib.


Millət vəkili birmənalı şəkildə qeyd edib ki, bütün bunlar həqiqətə uyğun deyil, Azərbaycan reallıqlarını düzgün əks etdirmir:

"Çünki bu günə kimi, Bakıda, Azərbaycanda bir çox mötəbər idman yarışları keçirilib və  özü də çox yüksək şəkildə təşkil olunub.

Birinci Avropa Oyunları, 4-cü İslamiada, Formula-1 və digər beynəlxalq səviyyəli idman yarışlarına Azərbaycan çox uğurla və layiqincə ev sahibliyi edib.  

Xarici idman şərhçiləri, bu yarışlara qatılan insanlar-idmançılar, turistlər bu oyunların çox yüksək səviyyədə keçirildiyini dəfələrlə vurğulayıblar, hətta, təşkilatçılıq işlərinin analoqu olmadığını belə vurğulayıblar.

Ona görə də indi belə bir fikrin səslənməsi, Böyük Britaniya Xarici İşlər Nazirliyinin tövsiyələri heç bir halda düzgün deyil və Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq məqsədi güdür.

Bu oyun, final qarşılaşması Bakıda keçiriləcək, özü də yüksək səviyyədə baş tutacaq”.

Digər millət vəkili Aqil Abbas da həmkarı kimi düşünür.

"Qısaca danışacam, it hürər, karvan keçər.

 Bunlar həm də birinci dəfə deyil ki baş verir?!

Azərbaycana qarşı belə kampaniyalar "Eurovision-2012”-də də, İslamiada da, Birinci Avropa Oyunlarında da vardı.

Ümumiyyətlə, belə qaralama kampaniyaları hər zaman olub, var, bundan sonra da olacaq.

Eləsinlər, nəyi qaralayırlar, qaralasınlar.

Amma final oyunu Bakıda baş tutacaq, özü də gözəl keçiriləcək.  

İnşallah, mənim fikrimcə, Məsut Özilin komandası da ("Arsenal”-K.H) qalib gələcək.

Çünki orada Məsut Özil oynayır, Azərbaycan xalqının sevimlisi”-deyə, A. Abbas bildirib.


Millət vəkili Eldəniz Səlimov öz növbəsində bildirib ki, Böyül Britaniya Xarici İşlər Nazirliyinin belə bir tövsiyə xarakterli bəyanat verməsi heç bir halda başadüşülən və qəbulolunan hal deyil.

Millət vəkilinin dediyinə görə, çünki orada deyilənlərinin heç bir əsası və məntiqi yoxdur.

E.Səlimov bu baxımdan hesab edir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin cavab bəyanatı da çox tutarlı və yerində olan bir bəyanatdır:

"Şəxsən mən də həmin bəyanatda deyilənləri təqdir edir və dəstəkləyirəm.

Hesab edirəm ki, bu bəyanat ünvanına çatacaq və onları yanlış yoldan, yanlış, zərərli düşüncələrdən uzaqlaşdıracaq.

Azərbaycan bu gün dünyanın bütün məsələlərdə tolerantlıq mərkəzi, dialoq məkanıdır. Azərbaycan nəinki Cəbunibi Qafqazın, bütövlükdə bu bölgənin, bu regionun sabitlik və təhlükəsizlik adasıdır.

Azərbaycan bu günə kimi dünyanın ən nüfuzlu siyasi, iqtisadi, hərbi, humanitar toplantılarına və idman yarışlarına ev sahibliyi edib, özü çox yüksək və möhtəşəm şəkildə.

Odur ki, bundan sonra keçiriləcək tədbirlərə, yarışlara da eynilə möhtəşəm şəkildə ev sahibliyini edəcək.

Mayın 29-da "Arsenal”-"Çelsi” qarşılaşması Bakıda baş tutacaq və  həm ölkəmiz, həm Avropa, həm də bütün dünya gözəl bir final qarşılaşmasını seyr edəcək, mənəvi zövq, ləzzət alacaq. Heç kimi narahat olmasın”.Etikxeber.az

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031