İsveçrə Senatının keçmiş prezidenti: \"Azərbaycan sülhpərvər ölkədir\"

İsveçrə Senatının keçmiş prezidenti: \
 

"Azərbaycan qonşuları ilə yaxşı münasibətlər qura bilir". 

Sfera.az xəbər verir ki, bu fikirləri İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində "report”a açıqlama verən İsveçrə Dövlətlər Şurasının (Senat) keçmiş prezidenti Filippo Lombrdi bildirib.

O, Xəzər regionunun Davosda yaxından iştrakının vacib olduğunu bildirib: "Xəzər Həftəsi zamanı keçirilən müzakirələr əhəmiyyətli xarakterə malikdir. Davos bir çox güclü dövlətlərin görüş yeridir və bu səbəbdən də Xəzər Həftəsinin məhz burada keçirilməsi vacibdir və Xəzər regionunun burada hərtərəfli iştirakı böyük əhəmiyyət daşıyır".

Filippo Lombrdi bu platformanın İpək Yolu layihəsinin reallaşmasındakı əhəmiyyətinə toxunub: "Xəzər Həftəsi zamanı vacib mövzular üzrə panel, "dəyirmi masa" və digər bu kimi müxtəlif tədbirlər keçirilir. İpək Yolu layihəsinə aidiyyatı ölkələr qarşılıqlı faydalı şəkildə inteqrasiya olunmalıdır. Bu, ortaq layihədir, lakin qərar qabuletmə, məsuliyyət daşıma məsələlərinə gəldikdə ölkələrin hamısı eyni şəkildə iştirak etmir. Bu səbəbdən  dialoqa ehtiyac var. Siyasətçilər, iş adamları, elm xadimləri və jurnalistlərin burada bir araya gəlmələri çox əhəmiyyətlidir. Çünki İpək Yolu təkcə ticarət məsələsi deyil, bu, eyni zamanda ideyalar bazası, mədəniyyət məsələləri baxımından əhəmiyyətlidir."
Senatın keçmiş prezidenti Azərbaycanın yaxın dostu olduğunu deyib: "Mən Azərbaycanın ən yaxın dostlarındanam. Azərbaycan Xəzər regionuna lazımi qədər inteqrasiya edib. Azərbaycan Xəzər Həftəsində də yüksək səviyyədə təmsil olunur. Mən İsveçrə parlamentində Dostluq Qrupuna uzun illər rəhbərlik etmişəm. Azərbaycan ilə İsveçrə arasında oxşarlıq çoxdur. İsveçrədəki kimi, Azərbaycanda da həm çox uca dağlar, həm də çöl-çəmən var. Ölkələrimiz həm çox isti, həm də çox soyuq olur. Azərbaycanda insanlar İsveçrədəki dağ ruhuna malikdirlər ki, bu səbəbdən də sülhpərvərdirlər. Çünki dağ adamları insanları bir-birinə yaxınlaşdırır, onları bir-birindən ayırmır. Dağ adamları ətrafındakıları, qonşuları ilə yola getməyi çox yaxşı bacarırlar."

OXŞAR XƏBƏRLƏR

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...