AdRiver
İstirahəti harada keçirmək sərfəlidir - QİYMƏTLƏR

İstirahəti harada keçirmək sərfəlidir - QİYMƏTLƏR

Havaların isinməsi, yay fəslinin gəlməsi ilə əlaqədar olaraq Azərbaycandan bölgələrə və xaricə axın başlayıb. 
 
Sfera.az sizə daxili turlar, daxili turizm şirkətlərinin xaricə səyahət paketləri və booking.com saytının təqdim etdiyi qiymətləri təqdim edir:
 
Yerli turizm şirkətlərindən birində Dubayda keçirilən Ramazan ayının başa çatması ilə əlaqədar təşkil olunan "Fitr” bayramına görə təqdim olunan paket 465 ABŞ dollarıdır. 4 günlük səyahət paketinə 4 ulduzlu hoteldə gecələmə, uçuş bileti, qidalanma daxildir. 

Digər yerli turizm şirkətlərindən biri tərəfindən təqdim olunan Berlin tur paketinin qiyməti isə 663 ABŞ dollarıdır. Qiymətə 3 ulduzlu hoteldə 5 günlük gecələmə, qidalanma, uçuş bileti daxildir. 

Antalyadakı 5 ulduzlu hotellərə yerləşmək üçün təqdim edilən qiymət paketi 644 dollardır. Qiymətə aviabilet, hoteldə qonaqlama, qidalanma,səfər sığortası, transfer daxildir. 

İstanbuldakı 3 ulduzlu "Sabena Hotel” üçün - 364 ABŞ dollar təklif edilir. Qiymətə qidalanma, uçuş bileti, transfer, sığorta daxildir. Booking.com-da isə eyni hotelin 5 günlük gecələmə xərci 404 AZN-dir. 

Ölkədaxili 3 günlük turların qiyməti isə təxminən, 23-30 manat arasında dəyişilir. 

Bölgələrə səyahət qiymətləri isə fərqlənir. Məsələn, 2 günlük Lerik - Lənkəran Turu - 89 AZN-dır. Qiymətə 3 dəfə qidalanma daxildir.
2 günlük Şəki-Balakən turu isə 195 AZN-dir.

2 günlük Mingəçevir – Göygöl- Maralgöl turu isə 69 AZN-dir. Qiymətə iki dəfə qidalanma daxildir. 

Məşhəd Kərbala tur paketi 350 dollardır. 7 gecə 8 günlük Antalya turu 239 – 699 dollar arasında dəyişir. Qiymətə hər şey daxildir.
Yerli turizm şirkətləri tərəfindən Batumi tur paketləri üçün təqdim olunan qiymətlər 250 AZN-dən başlayır. 

Booking.com-un məlumatına görə "Şəfa” hotelində, avqust ayında 5 günlük gecələmənin qiyməti 261 AZN-dir. "Hotel Class İstanbul”da isə 5 günlük qiymətlər təxminən 333 AZN-dir. "Hotel California”da 5 günlük gecələmənin qiyməti isə 279 AZN-dir. "La Petite Maison”da isə qiymətlər 290 AZN-dir. "Sultanahmet Wooden House”da isə qiymətlər 290 AZN-dir.

Nigar
Sfera.az

DİGƏR XƏBƏRLƏR


---