Sağlıq

İstirahət günlərində çox yatmaq sizi öldürə bilər - DİQQƏT!

İstirahət günlərində çox yatmaq sizi öldürə bilər -  DİQQƏT!
Avropalı alimlər istirahət günlərinə təsadüf edən uzun yuxunun insan orqanizmi üçün təhlükə yaratdığını üzə çıxarıblar.

Sfera.az xəbər verir ki, bu barədə "Journal of Sleep Research” jurnalı yazıb.
 
Yazıda qeyd olunub ki, uzun yuxu hətta erkən yaşda ölümcül də ola bilər.

Aparılan tədqiqatlar göstərir ki, istirahət günləri yatan iştirakçılar yarım dəfə çox yatırlar. Çox qısa, yaxud uzun istirahət əhvalınıza mənfi təsir edə bilər.
Adi günlərdə sağlam yuxudan vaz keçərək istirahət günlərində yatmağı sevənlər risk qrupundadır. Günorta vaxtı bir neçə saatlıq yuxu da insan orqanizminə mənfi təsirlərini göstərir.

Daha əvvəl ABŞ alimləri tam yatmamağın insanda diqqət pozuqluğuna yol açdığını üzə çıxarmışdılar. Normal yuxudan imtina edərək biz orqanizmimizi vacib bərpaedici proseslərdən məhrum edirik. Bu üzdən yuxu çatışmamazlığı diqqətin beş dəfə azalmasına gətirib çıxara bilər.

AdRiver
loading...

XƏBƏR LENTİ