İstiliyin “15 noyabr” tilsimi: Binalara istilik vaxtından əvvəl veriləcəkmi?

İstiliyin “15 noyabr” tilsimi: Binalara istilik vaxtından əvvəl veriləcəkmi?
Havanın soyuq keçməsi artıq evlərdə istiliyə tələbat yaradıb. Amma nəzərə alsaq ki, yaşayış binalarına, müəyyən obyektlərə, o cümlədən uşaq bağçaları və məktəblərə istilik noyabr ayının 15-də veriləcək. Bu isə hər zaman olduğu kimi yenə də müəyyən qrup insanlarda narazılıq yaradır ki, bu istiliyi biraz tez vermək mümkün deyilmi?

ARB TV-nin "Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin: "Hava soyuqdur, soyuq deyil onu fikirləşən yoxdur. Ona görə də ancaq noyabr ayının 15-ni gözləməliyik. 15-dən sonra istilik işə düşməlidir. Yaxşı olardı ki, istilik daha tez verilsin, çünki hava çox soyuqdur”.

Dünya təcrübəsində qış mövsümünə keçidi konkret tarixlə deyil, havadakı temperaturla müəyyən edirlər. Küçədə temperatur müsbət 10 dərəcədən aşağı düşəndə, artıq evlər istiliklə təhciz olunur.

Eyyub Hüseynov – AİB sədri: "Sovet vaxtından qalmış bu adət ləğv olunmalıdır. AİB olaraq bizə gələn çoxsaylı telefon zənglərinə əsasən deyə bilərəm ki, mütləq bu sistem dəyişməlidir. Havadan asılı olaraq, istilik sistemi işə salınmalıdır. İstilik sistemindən insanlar istifadə etməlidir”.

"Azəristiliktəhcizat” ASC-nin sahə rəisi Rövşən Tağıyev deyir ki, qış mövsümünə hazırlıq işləri artıq başa çatıb. Əgər havaların soyuması ilə əlaqədar əlavə sərəncam olarsa, istiliyin vaxtından tez verilməsi mümkündür.

Rövşən Tağıyev – Sahə rəisi: "Bu sovet hokumətinin vaxtından qalan 15 noyabrdan aprelin 15-dək istilik mövsümüdür. Keçən il noyabrın 12-dən başlamışıq. Aprel ayının 15-nə qədər istilik mövsümü davam edib. Yəni havalar kəskin dəyişilərsə, hansı gündən sərəncam olarsa, işə qoşmağa hazırıq”.

Builki qış mövsümündə paytaxtda 550 qazanxana və 90 istilik məntəqəsinin işlək vəziyyətdə olması planlaşdırılır.

Rövşən Tağıyev – Sahə rəisi: "Bu qazanxanalardan, istilik məntəqələrindən 3850 yaşayış binası, 290 məktəb 160 səhiyyə obyekti, 150 uşaq bağçası və 1600-ə qədər kommersiya obyekti istiliklə təmin olunacaq”.

Biləcəri qəsəbəsində əlavə qazanxananın işə düşməsi ilə 5 yaşayış binası istiliklə təmin olunacaq.



OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...