İstehsalın azalması və gömrük sistemindəki şəffaflaşma qıtlığının yaranmasına səbəb olub-ekspert

İstehsalın azalması və gömrük sistemindəki şəffaflaşma qıtlığının yaranmasına səbəb olub-ekspert
"Ölkədə heyvandarlıq məhsullarının qıtlığının yaranmasını vergi sistemində tətbiq edilən şəffaflıqla əlaqələndirməyi düzgün hesab etmirəm”
Sfera.az-a açıqlamasında bu sözləri son günlər marketlərdə süd və süd məhsulları üzrə qıtlığın yaranması və satış şəbəkələrinin bunun səbəbini  Vergilər Nazirliyinin bütün sahibkarları şəffaf vergi ödəməsinə cəlb etməsi fonunda xərclərinin artması ilə əlaqələndirmələrinə münasibət bildirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib: 
 
"Sahibkarların şəffaf vergi ödənişinə cəlb edilməsilə bağlı qanunvericilik qəbul olunsa da, ərzaq məhsullarının istehsalı ilə əlaqədar burada elə də ciddi dəyişiklik yoxdur. İkinci bir tərəfdən, hazırda vergi tətbiqinin şəffaflaşdırılması istiqamətində qanun qəbul olunsada, bu istiqamətdə hələlik real ciddi addımlar atılmayıb. Bu mənada da ticarət obyektlərində əslində süd və süd məhsullarının qıtlığının yaranması heç də sahibkarlar üçün şəffaf vergi sisteminin tətbiqi məsələsilə bağlı deyil. 
Bu mənada ölkədə heyvandarlıq məhsullarının qıtlığının yaranmasını vergi sistemində tətbiq edilən şəffaflıqla əlaqələndirməyi düzgün hesab etmirəm. Son illər bilirsiniz ki, Azərbaycanda heyvandarlıq sahəsi müəyyən dərəcədə inkişafdan qalıb. Heyvanlar üçün otlaqlar azalıb. Həmin otlaqlar indi tütün və pambıq istehsalçılarının ixtiyarına verilib. Nəticədə heyvandarlıqla məşğul olan fermerlərin sayı azalıb. Nəticədə ölkəmizdə süd və süd məhsulları üzrə istehsal da azalır. 
Marketlərdə həmin məhsullar üzrə qıtlığın yaranmasının başlıca səbəbi heyvandarlığa marağın azalmasından qaynaqlanır. Başlıca səbəb budur. Digər tərəfdən süd və süd məhsulları təkcə heyvandarlıq mənşəli deyil. Bakıda çoz az hallarda təbii süd satışına rast gəlmək olar. Bu məhsulun əksər hissəsi süni olaraq quru süddən hazırlanan məhsullardır. Hansı ki, onun da ölkəyə idxalında müəyyən dəyişiklik var. Yeni rüsumlarla bağlı olaraq ola bilsin müəyyən mənada idxal məhdudlaşdırılıb. Gömrük sistemində son zamanlar ciddi şəffaflaşma işləri aparılır. Belədə əvvəllər qeyri-qanuni şəkildə, vergi ödəmədən keçirilən məhsullar indi artıq rüsumlara cəlb olunur və qanuni yolla ölkəyə buraxılır. Marketlərdə sözügedən prosesin baş verməsində bu amilin də təsiri ola bilər.  Yəni yerli istehsalın azalması və idxal prosesində şəffaflığın gücləndirilməsi ola bilsin marketlərdə satılan süd və süd məhsulları üzrə qltlığın yaranmasına gətirib çıxarıb”.
 
Qeyd edək ki, artıq bir neçə gündür paytaxtın böyük super marketlərində və kiçik ərzaq mağazalarında bir sıra yerli süd və süd məhsullarının satışı məsələsində qıtlıq problemi yaşanır. "Araz" super marketlər şəbəkəsinin Bayıl ərazisində yerləşən mağazasında süd məhsulları şöbəsi işçisinin bildirdiyinə görə, bu ildən yerli süd istehsalçıları mağazalara məhsul satışını azaldıb, bəzi məhsullarının satışını isə tamamilə dayandırıblar. Həmin işçinin dediyinə görə, səbəb Vergilər Nazirliyinin bütün sahibkarları şəffaf vergi ödəməsinə cəlb etməsidir: "Süd və süd məhsulları istehsalçılarının dediyinə görə, düzgün uçot sistemi onların xərclərini artırıb. Ona görə də məhsullara hələ yeni qiymət müəyyənləşdirməyiblər. Bu səbəbdən də yeni ildən süd və süd məhsulları istehsalçılarından yeni mal almamışıq. Ona görə də vitrinimiz boşdu. Olanların da çoxu xaricdən idxal olunan süd məhsullarıdır". 
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...