İqtİsadİyyat

İstehlak kreditlərinin illik faizi 10% endirildi - 10LARIN XEYİRİ

İstehlak kreditlərinin illik faizi 10% endirildi - 10LARIN XEYİRİ
Dövlət bankı Azər Türk Bank, 10-31 oktyabr tarixləri arasında da məhsullarına endirim tətbiq etməkdə davam edir.

Bankdan Sfera.az-a daxil olan məlumata görə, bank müştərilərinə bu dəfə "10ların xeyiri” kampaniyası ilə müxtəlif istiqamətlərdə endirimlər təklif edir. Kampaniyası çərçivəsində, kredit üzrə xidmət haqqına və istehlak kreditinin illik faizinə 10% həcmində endirim ediləcək.

Bundan əlavə bankda əmanət yerləşdirmək istəyən şəxslər kampaniya müddəti ərzində 36 aylıq əmanətin faizlərinə 0.5% artım əldə edə biləcək.
Qeyd olunan müddət ərzində "MasterCard", "Gold" və "Visa Gold" kartlarının qiyməti 10 AZN-ə enəcək. Məlumata görə, bu kartları alarkən kartın balansına 500 manatdan artıq məbləğ daxil edəcəyiniz təqdirdə kartı ödənişsiz əldə edə biləcəksiniz.

Kampaniya oktyabr ayının 31-dək davam edəcək.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31